
Qüllə haqqında şayiələr və miflər
Piza qülləsi ilə bağlı ən maraqlı şayiə o zaman Pizada yaşayan Qalileonun qüllədən müxtəlif kütləli iki top gülləsi atması və eniş sürətinin müstəqil kütlə hadisəsi olduğunu sübut etməyə çalışmasıdır. Bu söz-söhbət Qalileonun tələbəsi və katibi Vincenzo Viviani tərəfindən irəli sürülüb. Lakin Qalileonun qülləyə marağı bununla məhdudlaşmır. 1565-ci ildə anadan olan Qalileonun Piza qülləsinin yanındakı vəftizxanada vəftiz edildiyi də deyilir.
Qüllədən İkinci Dünya Müharibəsi illərində almanlar tərəfindən müşahidə məntəqəsi kimi istifadə edildiyi də şayiələr var. Müharibə zamanı qüllənin gözəlliyinə heyran qalan ABŞ ordusu komandiri Leon Vekşteynin qülləni sökmək əmrindən vaz keçdiyi də iddia edilir. Qüllə bir çox film və serial çəkilişlərinə də ev sahibliyi etdi və ilk dəfə 1983-cü ildə çəkilmiş Supermen 3 filmində Supermenin qülləni dik etdiyi bir hissə ilə göstərildi.
1987-ci ildə şəhər kilsəsi ilə birlikdə YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib və qorunub saxlanılıb. Əksər yerlərdə yer almayan digər bir məlumat isə odur ki, təkcə qüllə deyil, qüllənin yanındakı vəftizxana və kafedral da gil torpaqdan dağılıb. Bu nöqtədə, 2008-ci ildə bu tikililərin, eləcə də qüllənin uçmasının qarşısını almaq üçün təcrübələr aparıldı.
Mənbə: Ytur.net
Tərcümə etdi: Amin Həsənli
