
Piza qülləsi İtaliyanın Toskana bölgəsində yerləşir. Piza şəhərində bütün əzəməti ilə yüksələn məşhur bina Türkiyədə Pizza Qülləsi kimi tanınır. Piza qülləsi kimi də tanınan qüllə bu gün dünyanın ən məşhur tikililərindən biridir.
55 metr hündürlüyü olan qüllənin bu qədər məşhur olmasının əsas səbəbi onun maili memarlığıdır. Binanın Möcüzələr Meydanı olan Piazza dei Miracoli-də inşa edildiyini nəzərə alsaq, bu möhtəşəm qüllənin maili mövqeyinin ziyarətçiləri heyran etməsi təəccüblü deyil. Bu gün dünyanın bir çox ölkəsindən milyonlarla turisti qəbul edən Piza qülləsi İtaliyanın ən çox ziyarət edilən tarixi tikililəri sırasındadır.
Piza qülləsinin sirli tarixi
İtaliya deyildikdə ilk ağıla gələn binalardan biri şübhəsiz Piza qülləsidir. İtalyanca Torre di Piza kimi də tanınan qüllənin tikintisinin 1173-cü ildə aparıldığı məlumdur. Pizanın əyilmiş qülləsi ilk dəfə şəhər kafedralına bitişik bir zəng qülləsi olaraq planlaşdırılmışdı, tikintisi 1063-cü ildə başlamış və 1090-cı ildə tamamlanmışdır. Amma sonradan onun ayrıca bina kimi tikilməsi qərara alınıb. Tikintisi 1173-cü ildə başlasa da, Piza qülləsinin tamamlanması təxminən 200 il çəkdi. Vətəndaş müharibələri, iqtisadi səbəblər, tikintisində problemlər kimi bir çox amillər qüllənin tikintisinin bir əsr müddətində dayandırılmasına və ancaq 1372-ci ildə tamamlanmasına səbəb olub.
Piza qülləsinin tikintisi şaquli şəkildə başladı. Lakin deyilənə görə, tikintinin 5-ci ilində fəhlələr üçüncü mərtəbəyə çatanda disbalans olduğunu hiss ediblər. Sonradan aparılan müayinə zamanı qüllənin tikildiyi torpağın yumşaq olması səbəbindən tarazlığın pozulduğu məlum olub. Bu səbəbdən tikinti bir neçə il dayandırıldı. Sonrakı illərdə bu problemin həlli üçün bir çox memar və mühəndis təyin edildi. Qüllənin tikintisi tətbiq edilən həllərlə davam etsə də, Piza qülləsi tamamlandıqdan sonra yalnız təxminən 5 il dik qala bildi. Qalanın yamacı bu günə qədər təxminən 800 il davam etdi. Bu gün yamac 5,5 dərəcə olsa da, 2008-ci ildə aparılan təmir işləri ilə bu əyilmə vəziyyətinin tamamilə dayandığı açıqlanıb.
Piza qülləsi ilə bağlı maraqlı məqamlardan biri də onu kimin dizayn edib tikdirməsidir. Bu, xüsusilə mübahisəli məsələdir və onu kimin hazırladığı və tikdiyi barədə qəti sübut yoxdur. Uzun illər onun dizaynının Guglielmo və Bonanno Pisanoya aid olduğu iddia edilsə də, 2001-ci ildə aparılan bir araşdırma qüllənin orijinal memarının Pizadakı Nikolanın Zəng Qülləsi və Vəftizxana binaları ilə də tanınan Dioti Salvi olduğunu ortaya qoydu.
Mənbə: Ytur.net
Tərcümə etdi: Amin Həsənli
