Bu gün:

Eyfel qülləsi barəsində maraqlı şəhər əfsanələri


Fransanın ən mühüm simvolu olan Eyfel qülləsi Parisin ən hündür binasıdır, hündürlüyü 324 metrdir, təxminən 81 mərtəbəli binanın hündürlüyünə bərabərdir. Onun bazası kvadratdır və hər tərəfi 125 kvadratmetrdir. 

Tikintisi zamanı Eyfel qülləsi Vaşinqton abidəsini üstələyərək dünyanın ən hündür süni tikilisi oldu, Nyu Yorkdakı Chrysler Binası 1930-cu ildə tamamlanana qədər bu titulu 41 il saxladı. 1957-ci ildə qüllənin yuxarı hissəsində yayım antenası əlavə edildiyinə görə, o, hazırda Chrysler Binasından 18 fut hündürdür.

Eyfel qülləsi kvadrat əsas üzərində yerləşdirilmiş, 54 dərəcə meyllə yüksələn və birləşənə qədər yuxarıya doğru əyilən dörd dəmir qəfəsdən ibarətdir. Bu nöqtədə qüllə tək nazik piramidal forma kimi zirvəsindəki zəng qülləsinə qədər yüksəlir. Qüllənin formasını küləklə bağlı narahatlıqlar, xüsusən də yüksək hündürlüklərdə diktə edirdi. Bu element hətta qüllənin dəmir parçalarındakı deşiklərin ölçüsünə və yerləşdirilməsinə təsir göstərmişdir. Qüllənin üç mərtəbəsi ziyarətçilər üçün açıqdır, birinci və ikinci səviyyələri dörd dayaq arasında yerləşir, üçüncü mərtəbəsi isə yerdən 324 metr hündürlükdədir və zəng qülləsi adlanır. Tikintisi başlamazdan əvvəl Eyfel qülləsinin 6500 ton ağırlığında olacağı və 3 milyard 155 milyon frank dəyərində olacağı təxmin edilsə də, qüllə tikildiyi zaman 7300 ton ağırlığında və gözləniləndən iki yarım dəfə baha başa gəlib.

Parisin belə məşhur bir turizm məkanı olmasına töhfə verən Eyfel qülləsi haqqında çoxlu maraqlı şəhər əfsanələri də var.

Bunlardan ən məşhuru aşağıdakı kimi izah edilir. Gustave Eiffel adı "A" hərfi ilə başlayan və qülləni onun xətti ilə tikdirən bir qadına aşiq oldu və mühəndislərə binanı tərs qarter şəklində dizayn etməyi əmr etdi. Ancaq həqiqət budur ki, Eyfel qülləsini formalaşdırarkən nəzərə alınan ən vacib və yeganə şey mümkün olan ən yaxşı tarazlıq üçün minimum külək müqavimətini təmin etməkdir.

Bir çox insanlar ABŞ-ın Eyfel qülləsini Azadlıq heykəli müqabilində Fransaya verdiyinə inanır, lakin bu doğru deyil və Eyfel qülləsi ilə Azadlıq heykəli arasında güclü əlaqə olsa da, Eyfel qülləsi tamamilə Fransanındır. 1886-cı ildə Nyu-Yorkda açılan Azadlıq Heykəli Amerikanın Müstəqillik Bəyannaməsinin 100-cü ildönümünü qeyd etmək üçün fransız xeyriyyəçiləri tərəfindən ABŞ-a bağışlanıb.

Mənbə: Ytur.net

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et