Bu gün:

Erkən yaşda saç ağarmasının qarşısını almaq üçün 4 üsul



Erkən ağaran saçlar bir çox insanı qocaldır. Təbii ki, bu vəziyyətin qarşısını almaq üçün ilk üstünlük verilən üsul saçların rənglənməsidir. Ancaq saç boyalarının tərkibindəki kimyəvi maddələrdən qorxanlar daha təbii üsullara əl atırlar. Bəs saçların erkən ağarmasının qarşısını almaq üçün hansı məqamlara diqqət yetirilməlidir?

1.Kalsiumla zəngin pəhriz yemək

Gündəlik həyatda kifayət qədər kalsium ehtiva edən qidaların qəbulu sümüklər və əzələlər üçün həyati əhəmiyyət daşıyır. Kalsium saçların ağarmasından da qoruyur. Gündə 200 mq kalsium qəbul etməklə həm saçların ağarmasının qarşısını ala, həm də kalsium tərkibli qidalardan yararlanaraq daha sağlam həyata addım ata bilərsiniz.

2.Stressdən uzaq bir həyat

Narahatlıq və stress sağlamlığa təsir edən ən əhəmiyyətli amillərdəndir. Bir çox sağlamlıq problemlərinin təməlində dayanan stress, saç piqmentlərinə böyük təsir edir. Bunun qarşısını almaq üçün stressinizi düzgün idarə etməklə başlaya bilərsiniz. Özünüzü rahatlaşdırmaq üçün müxtəlif meditasiya üsullarını sınaya bilərsiniz. Sizi maraqlandıran bir fəaliyyətə müraciət edərək rahatlaya və saçlarınızı ağarmaqdan qoruya bilərsiniz.

3.Keyfiyyətli zülal ehtiva edən qidalardan istifadə etmək

Sağlam bədənə sahib olmaq üçün balanslı bir pəhriz də böyük əhəmiyyət kəsb edir. Keyfiyyətli zülal qəbulunu artırmaqla saç, dırnaq və dərinizin əvvəlkindən daha sağlam görünməsi mümkündür. Pəhrizinizə ət, süd və yumurta kimi zülalla zəngin qidaları daxil edərək ağarmış saçlara “dayan” deyə bilərsiniz.

4.Dəmir deposunun zənginləşdirilməsi

Araşdırmalara görə, dəmiri az olanların saçları digərlərinə nisbətən daha tez ağarır. Saçlarınız erkən yaşda ağarmağa başlayıbsa, bu, dəmir çatışmazlığının göstəricisi ola bilər. Dəmir qan hüceyrələrinin oksigeni bütün bədənə daşımasında mühüm rol oynayır. Sağlamlığa birbaşa təsir edən bu çatışmazlıq nəzarət altına alınmazsa, immunitetin zəifləməsinə və bir çox xəstəliklərə səbəb ola bilər.

Mənbə: CNN TÜRK

Tərcümə etdi: Nuran Əhmədzadə




Paylaş
Şərh əlavə et