Bu gün:

Alçanı duzla yeməyin!



Yay aylarının ən çox sevilən və yeyilən meyvələrindən biri olan alça düzgün qəbul edildikdə orqanizmə bir çox faydaları var. Xüsusilə ürək sağlamlığını qorumaqla məşhur olan alça həm də dəri sağlamlığını yaxşılaşdırır və daha gənc və gözəl dəriyə sahib olmağınıza kömək edir. İmmunitet sisteminin bir nömrəli dostu olan alça həzm sisteminin düzgün işləməsinə kömək edir və qəbizlik probleminə tamamilə son qoyur. Alçanın faydaları saymaqla bitmir, amma siz illərdir alçanı yanlış yeyirsiniz.

Yayın yaxınlaşması ilə bazar köşklərində alça öz yerini tutur. Hər kəs tərəfindən sevilən alça yaz və yay aylarında ən çox yeyilən meyvələr arasındadır. Alçanın faydalarından istifadə etmək üçün onu düzgün yemək lazımdır.

Dərini gəncləşdirir

Alça qocalma əleyhinə xüsusiyyəti sayəsində dərini yeniləyir və dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır. Dərinin tonunu bərabərləşdirməsi ilə tanınan alça ləkələri aradan qaldırmağa kömək edir.

Sümük sağlamlığını qoruyur

Alça qatıq və ayran kimi qidalarla birlikdə yeyildikdə kalsiumun qəbul edilməsini artırır. Bu zaman sümük və diş sağlamlığına çox müsbət təsir edir. Kalsium və fosfor baxımından çox zəngin olan alça orqanizmin dəmiri mənimsəmə qabiliyyətini artırır, qan dövranını yaxşılaşdırır.

Alça liflə çox zəngindir.  Sağlam pəhriz siyahısına və qəlyanaltılara sahib olmaq üçün alçadan istifadə edə bilərsiniz, çünki kalori miqdarı çox aşağıdır. Bu səbəblə pəhriz siyahıları üçün əvəzolunmazdır. Arıqlamaq istəyənlərin pəhriz siyahısına alça əlavə etmələri tövsiyə olunur.

Vitamin və lif deposu

A, C vitaminləri, lif və kalium mənbəyi olan alça immunitet sistemini gücləndirir və xüsusilə yay soyuqdəymələrinə qarşı qoruyur. Yaxşı bir antioksidan mənbəyi olduğu üçün sərbəst radikallara qarşı mübarizə apararaq ürək sağlamlığınızı qoruyur.

Alçanı duzlu  yeyənlərin nəzərinə!

Ümumiyyətlə, hər kəs duzlu alça yeyir. Bu, şübhəsiz ki, bilinən yanlış fikirdir. Alça duzlu yeyildikdə bədəninizdə ödəmin yığılmasına səbəb olur.

Bundan əlavə, alça həddindən artıq duzla yeyildikdə qan təzyiqini artıra bilər və həmçinin böyrəklərdə həddindən artıq yüklənməyə səbəb ola bilər. Bədən sağlamlığınız üçün alçanı duzdan istifadə etmədən yeməyiniz məsləhətlidir.

Mənbə: Cnn Türk

Tərcümə etdi: Nuran Əhmədzadə












Paylaş
Şərh əlavə et