Bu gün:

Nikah müqaviləsi nədir?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı hüquqşünas Gülnur Əkbərlidir. O, həyat yoldaşları arasındakı nikah müqaviləsinin əhəmiyyətindən danışıb. 


-Ər və arvad arasında bağlanan nikah müqaviləsi, onun mahiyyəti və vacibliyi nədən ibarətdir? 

-Nikah müqaviləsi ər və arvadın əmlak bölgüsünü tənzimləyən hüquqi sənəd hesab olunur. Belə ki, nikah müqaviləsi ilə birgə nikah dövründə əldə olunan əmlakın bölgü formasını müəyyənləşdirmək olur. Nikah müqaviləsi bağlanarkən notariat orqanları diqqət etməlidirlər ki, ailə məcəlləsində və nikah müqaviləsində əks olunan müddəalar bir-biri ilə ziddiyyət təşkil etməsin.      

Nikah münasibətlərində, boşanma zamanı ən çox mübahisə mövzularından biri əmlak bölgüsüdür. Belə ki, nikah dövründə, əsasən, kişilər əmlak əldə edirlər və həmin əmlakın qadınla bölünməsinin tərəfdarı olmurlar. Buna görə də həmin əmlakı ya başqasının adına etdirirlər, ya da ki, ümumiyyətlə, öz adlarına əmlak almırlar. Bu da böyük mübahisələrə gətirib çıxarır. Ona görə də gələcəkdə bu kimi halların yaranmaması üçün, ilk növbədə, elə nikah müqaviləsi bağlanmalıdır. Yəni nikah müqaviləsinin vacibliyi bundan ibarətdir. Amma təəssüf ki, Azərbaycanda nikah müqaviləsinin bağlanması çox da geniş hal almayıb.

24media.az Dövlət Statistika Komitəsinin son məlumatına əsasən xatırladır ki,  ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 4,9-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.

Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et