
Misirin şimal-qərbində, Aralıq dənizində, Əl-Minya vilayətinin sahilində Herakleion kimi tanınan qədim şəhər yerləşir. Herakleion Misirin məşhur Kleopatrasının hakimiyyəti dövründən əvvəl tikilib və Thonis kimi də tanınır.
Herakleion Qədim Misir dövrünün mühüm liman şəhərlərindən biri idi və o dövrdə xüsusilə Aralıq dənizi ticarəti üçün strateji bir yerə sahib idi. Lakin eramızdan əvvəl 8-ci əsrdə başlayan dağıdıcı zəlzələlər və dəniz səviyyəsinin qalxması nəticəsində şəhər su altında qalıb. Dəniz səviyyəsinin qalxması səbəbindən Herakleion kimi bir çox Qədim Misir şəhərlərinin də sular altında qaldığı bildirilir.
Herakleion itirilmiş şəhərlərdən biri kimi tədqiqatçıların diqqətini cəlb etmişdir. Arxeoloqlar şəhərin xarabalıqlarını eramızdan əvvəl 13-cü əsrə aid tarixi sənədlərdə aşkar ediblər. Suyun altında qalan Herakleion illər ərzində palçıq və qumla örtülmüşdür. Bu səbəbdən şəhərin xarabalıqları yalnız 20-ci əsrin sonlarında sualtı arxeoloji tədqiqatlar nəticəsində aşkar edilmişdir.
Bu gün Herakleion sualtı arxeologiya və turizm üçün məşhur bir yerə çevrilmişdir. Şəhərdə bir çox qədim məbədlər, saraylar, küçələr, sütunlar və heykəllər su altında qorunub saxlanılır. Bundan əlavə, itirilmiş şəhərlərin tədqiqi tarix və arxeologiya baxımından əhəmiyyətli məlumatlar verir. Herakleion da digər itirilmiş şəhərlər kimi bəşər tarixinə və keçmişinə işıq salan əhəmiyyətli bir yerdir. Sualtı xarabalıqlar hələ də Misirin qədim dövrünə aid mühüm məlumatları qoruyub saxlayır.
Mənbə: Ceotudent.com
Tərcümə etdi: Amin Həsənli
