Bu gün:

Kenyada qədim şəhər


İtirilmiş şəhər olan Gedi xarabalıqları Keniyanın şərq sahilində, Lamu adası yaxınlığındakı, Gedi bölgəsində yerləşən qədim şəhər xarabalıqlarıdır. Bu yaşayış məntəqəsi təxminən 13-cü əsrdə suahili mədəniyyəti tərəfindən qurulmuş və 16-cı əsrə qədər mövcud olmuşdur.

Gedi xarabalıqları 15-ci əsrdə böyük bir tikinti dövründən keçdi. Bu dövrdə şəhərdə çoxlu böyük tikililər tikildi və Gedinin suahili ticarət şəbəkəsindəki əhəmiyyəti artdı. Şəhər bir çox fərqli mədəniyyətlərin təsirlərini əks etdirən memarlıq xüsusiyyətləri ilə doludur. Bu memarlıq xüsusiyyətlərinə daş və palçıq tikililər, hündür divarlar, həyətlər və su kanalları daxildir.

Lakin Gedinin niyə tərk edildiyi dəqiq məlum deyil. Bəzi nəzəriyyələr şəhər daxilindəki su ehtiyatlarının quruması və əhalinin müxtəlif epidemik xəstəliklərlə üzləşməsi səbəbindən onun tərk edildiyini iddia edir. Digər tərəfdən, şəhərin talan və basqınlara məruz qaldığını və əhalinin şəhəri tərk etməli olduğunu iddia edənlər də var.

Gedi xarabalıqları 1948-ci ildə aşkar edilib və hazırda YUNESKO-nun Dünya İrs siyahısındadır. Gedi Afrikadakı, suahili mədəniyyətinin ən yaxşı qorunan yaşayış məntəqələrindən biridir və ziyarətçilər tərəfindən ziyarət edilir. Şəhərdəki, xarabalıqlar arasında böyük məscidlər, hamamlar, saraylar və evlər var. Bundan əlavə, şəhərdəki əsərlər arasında ağac üzərində oyma, keramika və metaldan hazırlanmış zərgərlik kimi bir çox mühüm sənət əsərləri var.

Mənbə: Ceotudent.com

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et