Bu gün:

Niyə yemək yedikdən sonra yuxumuz gəlir?



Yeməkdən sonra bəzən qəfil gələn yuxu ehtiyacı həzm sistemi tərəfindən təşviq edilir. Adətən, baş verdikdə bu, normal sayılsa da, tez-tez baş verərsə, başqa bir xəstəliyin əlaməti ola bilər.

Gözəl və ləzzətli bir yemək yedikdən sonra hiss edilən şirin yuxululuq bir çox insanın yaşadığı bir vəziyyətdir. 

Bəs niyə  bəzən məhz yemək yedikdən sonra yuxumuz gəlir?

Həzm sistemi insanın istehlak etdiyi qidalara görə enerji yandırır. Əgər insan çox yemək yeyirsə, həzm sistemi daha çox enerji tələb edir, buna görə də bədəndəki digər aktiv enerji sistemləri bağlanır və bu, insanın yuxusunun gəlməsinə səbəb olur.

Ancaq bu vəziyyəti yaradan yeganə amil qidanın miqdarı deyil, nə yediyimiz də çox önəmlidir. Əgər istehlak edilən qidalar yüksək miqdarda karbohidrat ehtiva edərsə, bədəndə həddindən artıq insulin ifrazı meydana gələ bilər. Bu artım yuxudan məsul olan hormon- serotonin hormonunu da artırır. Belə ki, xalq arasında “çəkinin çökməsi” adlandırılan yuxululuq yeməkdən sonra yaranır.

Yuxarıda qeyd olunan şərtlər olmasa da, yeməkdən sonra tez-tez yuxu ehtiyacı insulin müqavimətini göstərə bilər. İnsulin müqaviməti olan insanlar yemək yeməyə başlayanda yorğunluq və yuxululuq hiss edə bilərlər. Bu, diabetə gedən yolda ilk addım ola bilər və gecikmədən həkimə müraciət edilməlidir.

Mənbə: Habertürk 

Tərcümə etdi: Nuran Əhmədzadə 












Paylaş
Şərh əlavə et