Bu gün:

Yohannes Vermeer kimdir?


Yohannes Vermeer rəsmləri gündəlik həyatı əks etdirən 1632 – 1675-ci illər arasında yaşamış məşhur bir hollandiyalı rəssamdır. O, Barokko sənətindən ilham alıb və bu üslubda əsərlər yaradıb.

Həyatı boyu digər rəssamlara nisbətən daha az rəsm çəkməsi onun mükəmməlliyi ilə izah olunur. Buna görə həm həyatı boyu maddi çətinliklər yaşadı, həm də ölümündən sonra ailəsinə böyük borclar buraxdı. Hollandiyalı barokko rəssam, canlı rənglərdən, canlı tonlardan və bahalı boyalardan istifadə edərək rəsmləri üzərində çox diqqətlə, zəhmətlə və yavaş-yavaş çalışdı. Xüsusilə, işıq və kölgə oyunundan məharətlə istifadə etdi və həm tamaşaçılara, həm də bir çox sənətkarları işinə heyran qoydu.

Yohannes Vermeerin hansı rəssamdan öyrəndiyi barədə heç bir məlumat yoxdur. 1657-ci ildə Vermeer məşhur sənət kolleksiyaçısı Peter Van Ruiven ilə tanış oldu. Bu tarixdən etibarən Vermeer Ruyvenin ona sifariş etdiyi rəsmləri yaratmağa başladı. Vermeer bütün əsərlərinə diqqətlə yanaşdı və yavaş-yavaş işlədi. Vermeerin məşhur əsərləri arasında ildə üçdən çox rəsm çəkmədiyi məlumatı da var. Bundan əlavə, 17-ci əsrdə ən keyfiyyətli materiallardan və ən bahalı boyalardan istifadə edən əsrin sənətçiləri arasında, şübhəsiz ki, Yohannes Vermeerin adı var.

Məşhur rəssam tez-tez gündəlik həyata həsr olunmuş interyerlər çəkdi. Bunlar insanlar, xüsusən də evdəki masada oturan, küçəyə baxan və ya musiqi alətləri ifa edən qadınlar idi. Hollandiyanın yaşadığı Delft şəhərinin mənzərələri Vermeer tərəfindən rəsm əsərinə çevrildi. İki fərqli janrda təqdim olunan Delft mənzərələri ilə yanaşı, janr rəsmləri və portretləri də çəkdi. Tez-tez sol tərəfdə yerləşən pəncərənin işıqlandırılması ilə birlikdə qapalı yerlərdə olan insanları rəngləyirdi. Hollandiyalı barokko rəssamı Yohannes Vermeer və əsərləri haqqında kədərli bir detal onların tarixsiz olmasıdır. Məşhur sənətçi tarixi yalnız 3 rəsmində qeyd etdi. Bu əsərləri danışan (1656), astronom (1668) və coğrafiyaşünasdır (1669).

İnci sırğalı qız Vermeerin ən məşhur əsərlərindən biridir. Bu rəsm əsərinin arxasındakı hekayəni izah edən roman və romandan uyğunlaşdırılmış film bir çox sənətsevərləri heyrətləndirdi. “İnci sırğalı qız” romanı və filmi rəssamın bu rəsmdə təsvir etdiyi modeli ilə münasibətindən bəhs edir. “Süd tökən qulluqçu”, “Rəsm sənəti”,  “Açıq pəncərənin qarşısında məktub oxuyan qız”, “Coğrafiyaçı”, “İnci boyunbağı olan xanım”, “Yatan Gənc qadın”,  “Şərab stəkanı”, “Musiqi dərsi”, “Delft mənzərəsi” və Delft küçəsi Yohannes Vermeerin ən tanınan əsərlərindəndir.

Mənbə: bilgiustam

Tərcümə etdi: Aysu Əsədova


 



 

Paylaş
Şərh əlavə et