
Rus akademik klassik rəssamı Fyodor Bruni 1799-cu ildə Milanda anadan olub.
Atası İsveçrə əsilli İtalyan rəssam və bərpaçı idi. 1807-ci ildə çar I Paul ondan Mixaylovski qalasında işləməsini istədi. O bu layihə üzərində işləmək üçün Rusiyaya köçdü. On yaşında İmperator Rəssamlıq Akademiyasına daxil oldu, burada Aleksey Eqorov, Andrey İvanoviç İvanov və Vasili Şebuyevlə oxudu. 1818-ci ildə “XIV sinif rəssamı” adı ilə məzun oldu.
Rus sənət təhsilinin yetərli olmadığına inanan atası onu əlavə təhsil almaq üçün İtaliyaya göndərdi. İyirmi iki yaşında, Capitolda sərgilənən ilk geniş miqyaslı əsərini (“Camillanın Ölümü”) hazırladı. On il sonra rəsm ilk dəfə Sankt-Peterburqda nümayiş olunduğu zaman ona akademik adını qazandırdı.
1830-cu illərin əvvəllərində monumental rəssamlıqla məşğul oldu, lakin tamamlamadan Sankt-Peterburq Katedralində bir layihə üzərində işləmək və akademiyada mühazirə oxumaq üçün Sankt-Peterburqa çağrıldı. 1836-cı ildə Kazan Katedrali üçün bir neçə əsər də yazdı. Mixail Botkin və Arseniy Meshchersky akademiyasındakı ilk şagirdlərindən idi.
1837-ci ilin əvvəlində Aleksandr Puşkinin portretini çəkdi. Tədricən şöhrəti artdı. 1855-ci ildə Sankt-Peterburq Rəssamlıq Akademiyasının rektoru oldu. Məşhur rəssam müxtəlif xüsusi və bahalı sifarişlərə çox vaxt sərf etdi və buna görə də daha az rəsm çəkməyə başladı. Ömrünün son on ilində fırçasına çətinliklə toxundu. Fyodor Bruni 30 Avqust (11 sentyabr) 1875-ci ildə Sankt-peterburqda vəfat etdi.
Mənbə: istanbulsanatevi
Tərcümə etdi: Aysu Əsədova
