Bu gün:

Boyunuzu uzun göstərmək üçün necə geyinməlisiniz?



Əgər boyunuz çox uzun deyilsə, seçdiyiniz parçalar olduqca önəmlidir. Çünki kiçik detallarla boyu olduğundan daha uzun göstərmək mümkündür. 

Tək rəng parçalar

Tək rəng parçaların birləşməsindən yaranan geyim tərzi bədəni tam olaraq  göstərir. Tək rəng geyimlər boyu qısaltmır və daha uzun görünməyə kömək edir. Həm də çox cəlbedici görünür.

Uzunbel şalvar

Qısabel şalvar dəbi geri qayıtsa da, boyu uzun olmayanların belə şalvarlardan istifadə etməməsi daha məqsədə uyğundur. Bunun əvəzinə, uzun bel şalvarlardan istifadəyə üstünlük verin.

Yarıqlı ətəklər və donlar

Dərin yarıqlı ətəklər və paltarlar ayaqlarınızı olduğundan daha uzun göstərir. Ətək və ya yarıqlı donların parçalarının yumşaq parçadan olmasına diqqət yetirin. İstənilən mühitə asanlıqla uyğunlaşa biləcəyiniz yarıqlı ətəklər və paltarları, istər topuqlu, istərsə də idman ayaqqabısı ilə geyinə bilərsiniz.

Qısa ətəklər

Mini ətəklərdə ayaqlar açıq qalır və, beləliklə, daha uzun görünməyə kömək edir.  Ancaq diqqətli olun: sıx oturan mini ətəklər eyni effekti vermir. Boş, qat-qat və ya şifon ətəkləri seçin.

Şaquli zolaqlı parçalar

Şaquli zolaqlı parçaların daha uzun göstərdiyini, yəqin ki, bilməyəniniz yoxdur.  Amma şaquli zolaqlı paltar geyinərkən çox rəng istifadə etməməyə diqqət edin.

V- boyunlu köynəklər

V-yaxalı köynəklər boynu açır və bu kiçik detal boynunuzu daha uzun göstərəcək.

Mənbə: CNN TÜRK

Tərcümə etdi: Lalə Mənəfova



Paylaş
Şərh əlavə et