
Sənətkarlar və sənətkar ruhlu insanlar ətrafınızda varsa və ya hətta belə bir sevgiliniz varsa, nə demək istədiyimizi bilirsiniz. Bəs niyə belə insanları başa düşmək, onlarla anlaşmaq çətindir?
1. Onlar ziddiyyətlərlə dolu bir şəxsiyyətə malikdirlər.
Bəzən introvert, bəzən hipersosial, bəzən depressiv, bəzən hiperaktivdir. Bədii ruhu olan insanların bir günü digər günləri ilə üst-üstə düşmür. “Uclarda yaşamaq” ifadəsi, deyəsən, bu insanları təsvir etmək üçün yaranıb. Bu xüsusiyyətləri onlara ziddiyyətli şəxsiyyət verir.
2. Onların unikal zaman qavrayışı var.
Oturduğu kresloda neçə saat qaldığını və saatlarla fikirləşdiyini soruşsanız, bir neçə dəqiqə keçdiyini deyəcək. Çünki düşüncə sürəti ilə zamanın əsl axını heç vaxt uyğun gəlmir.
3. Çox fərqli çalışan zehinə sahibdirlər.
Bu insanlardan gördüklərinizi görmələrini və ya gördükləri bir şeyi görmənizi gözləmək olmaz. Onlar hətta təmiz ağ fonda çox fərqli dünyalar yarada bilirlər. Bunu başa düşməyə və onunla ayaqlaşmağa çalışmaq hər ikiniz üçün vaxt itkisi olacaq.
4. Sevdikləri zaman onlardan real və məntiqli davranışlar gözləmək xəyaldır.
Onsuz da, fərqli işləyən beyini və fərqli zaman qavrayışı olan bu insanlar aşiq olduqda bədən kimyası çox daha dərindən dəyişəcək. Məntiqsiz davranışlar sərgiləsə, təəccüblənməyin.
5. Hiss və düşüncələrini sizin kimi ifadə etməsini gözləməyin.
Belə insanların fərqli kod sistemi ola bilər. Siz onun sizi tənqid etdiyini düşünərkən o, əslində, sizə sevgisini göstərir. Dalaşdığını düşündüyünüzdə, əslində, həqiqətən, sizi sevdiyini söyləmək istəmiş ola bilər.
6. Uyğunlaşma ilə bağlı problemləri var.
Bunun nə demək olduğunu soruşsanız, aşağıdakı kimi ümumiləşdirək: Sənətkar insanı vərdiş etdiyi mühitdən uzaqlaşdırıb başqa mühitə salmağa çalışsan, o, buna reaksiya verəcək və çox güman ki, uyğunlaşa bilməyəcək.
7. Bütün işləri və düşüncələri övladları kimidir.
Sənətkar ruhlu biri ilə yaxınlaşmaq istəyirsənsə, onun işini, üzərində çalışdığı şeyləri, düşüncələrini tərifləmək üçün bir yol tapsan yaxşı olar.
8. Unudulmaqdan, biganə qalınmasından, tərk edilməkdən çox qorxurlar.
Necə ki, sənətkar yaratdığı əsərlərlə ölməz olmaq, unudulmamaq istəyir, bu, sənətkar ruhlu insanlara da aiddir. Unudulmaqdan, diqqət görməməkdən və hətta tərk edilməkdən çox qorxurlar. Onu bu qorxulardan xilas etməlisən.
9. Siz bir hedonistlə qarşı-qarşıyasınız.
Həyatın hər zövqünün ardınca gedən biri ilə qarşılaşdığınızı unutmayın. Onun ən çox zövq aldığı şeylər: yemək, içmək, səyahət etmək, əşyalar yaratmaq və bütün bunlardan həzz almaqdır.
10. Ya özünü çox tənqid edir, ya da özünü çox tərifləyir.
Əvvəldə dediyimiz kimi, onlar həyatı uclarda yaşamağı sevən və həyatlarında çox boz sahəyə yol verməyən insanlardır. Bu, tənqid və ya tərifə gəldikdə də baş verir. O, özünü pisləməklə özünü göylərə ucaltmaq arasında gedib-gəlir.
11. Geyim seçimləri onlar üçün özlərini göstərmək baxımından bir vasitədir.
Rəssamlar diqqəti cəlb etməyi və bütün gözlərin onların üzərində olmasını xoşlayırlar. Onlar xarizmaya, soyuqqanlı münasibətə və auraya aludə olurlar. Bunu göstərməyin ən qısa yolu onların geyimidir. Sizə çox fərqli görünən paltarlara hazır olun.
12. Qaydalar pozulmaq üçündür.
Əslində, bu şəkildə həyat fəlsəfələrini ümumiləşdirmək olar. Onlardan qaydalara sadiq qalmalarını və nizamlı bir həyat sürmələrini gözləməyin. Onlar üçün qarmaşada nizam var və bunu zamanla başa düşəcəksən.
13. Onları cəlbedici hesab edən tək siz deyilsiniz.
Sənət adamlarının sirri, xarizması və ziddiyyətləri onları bir çox insan üçün cəlbedici edəcək. Bu marağın yaratdığı çaşqınlıq onları başa düşməyi daha da çətinləşdirəcək.
14. Onlar başa düşülmək istəmirlər. Əslində, başa düşülməmək onlar üçün daha yaxşıdır.
Bu insanların başa düşülməmək kimi bir narahatlığı yoxdur. Başa düşülmək istəyirlər də, buna nail ola bilmirlər kimi düşünməyin. Əksinə, yaratdıqları sirrdən çox məmnundurlar.
15. Onları sevmək lazımdır.
Bu uzaq, sönük, bəlkə də soyuq şəxsiyyətin sizdə yanlış hisslər oyatmasına imkan verməyin. Bir az səbr etsəniz, görərsiniz ki, bu insanlar sevilməyə və bunu hiss etməyə ehtiyac duyurlar.
Mənbə: Onedio
Tərcümə etdi: Aydan Qasımova
