Bu gün:

Ananas yeməyin 5 faydası


Bayramda şirniyyat yerinə ananas yeməyin təsirlərinə inanmayacaqsınız!  Ananas yeməyin  5 faydasını təqdim edirik:

Ramazan ayının bitməsi ilə əlaqədar olaraq qida rasionunda dəyişikliklər olunur. Bayramda “nəyi yeməliyik” məsələsi də çox vacib məsələdir. Uzun müddət davam edən oruc, maddələr mübadiləsinin yavaşlamasına səbəb olur. Yavaşlayan maddələr mübadiləsini sürətləndirmək üçün bayramda şirniyyat əvəzinə meyvə yeməyə və tez-tez qəlyanaltılar etməyə çalışmaq lazımdir. Bayramda yeyilməsi  tövsiyə olunan meyvələr arasında ananas da var. Ananas yeməyin bədən sağlamlığına olan faydalarına və təsirlərinə inanmayacaqsınız. Bayramda ananas yeməyin  5 səbəbi...

Ramazanda iki dəfəyə düşən yemək sırası ilə həzm sisteminin işləmə tərzi də dəyişib. Qəbizlik, şişkinlik, həzm problemlərinin qarşısını almaq üçün bağırsaqların daha yaxşı işləməsini təmin edən meyvə bu nöqtədə çox əhəmiyyətlidir. Ramazandan sonra pəhriz dəyişikliyi ilə qəlyanaltılar da daxil edilməlidir. "Qəlyanaltı üçün hansı meyvəyə üstünlük verilməlidir" sualına cavablardan biri də ananasdır. Ananas yeməyin orqanizmə faydaları...

Tropik meyvələrdən olan ananas tərkibindəki bromelain fermenti sayəsində zülalların asanlıqla parçalanmasını təmin edir və həzmi asanlaşdırır.

C vitamini ilə zəngin olan bir və ya iki dilim ananas yemək növbəti gün orqanizmin viruslara qarşı daha davamlı olmasına kömək edir.

Aclıq və susuzluqdan yaranan ağız qoxusu probleminə də kömək edir. Xüsusilə, mədə turşusu ilə qarışdığı üçün ağızdan gələn ağız qoxusunun qarşısını alır. Bədənin təzyiqini tarazlaşdıraraq, növbəti gün yaşana biləcək təzyiq probleminin qarşısını alır.

Ramazandan sonra çəkilərinə nəzarət etmək istəyənlər üçün yağ əriməsini sürətləndirir və sağlam qidaların orqanizmə daxil olmasına dəstək olur.

Mənbə: Habertürk 

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş