
"Ayla" və "Müslüm" kimi bioqrafik filmləri ilə tanınan məşhur prodüser Mustafa Uslu Zeki Mürenin həyatından bəhs edən filminin hazırlıqlarına başlayıb.
Ömrü boyu 600-dən çox disk və kaset yazdıran Türk Klassik Musiqisinin ən böyük tərcüməçilərindən biri olan Zeki Mürenin həyatı "Ayla", "Müslüm", "Cep Herkülü: Naim Süleymanoğlu" və "Kesişme: İyiki varsın Eren" imza atan prodüser Mustafa Uslu hazırlıqlara başladığını açıqlayıb.
Uslu bildirib ki, Zeki Mürenin qardaşı qızı Özlem Günerlə anlaşıblar
Günerin “Masal tadına” kitabı əsasında ssenarinin Mustafa Uslu və Özer Feyzioğlu tərəfindən yazılmasına başlanılıb. Filmin ilk tanıtım treyleri sentyabrın 29-da Bodrum Film Festivalında nümayiş olunacaq.
Zeki Müreni kim oynayacaq?
Zeki Mürenin həyatını kimin canlandıracağı hələ açıqlanmasa da, filmdə sürpriz adlar gözlənilir. Zeki Mürenin qardaşı qızı Özlem Güner böyük məsuliyyət götürdüklərini söyləyib: “O hər kəs üçün “Sənət Günəşi” ola bilər, amma o mənim günəşimdir. Onu ən yaxşı şəkildə tanıtmaq, əks etdirmək və pərəstişkarlarına həqiqəti çatdırmaq istəyirəm”.
Mənbə: Haber türk
Tərcümə etdi: Lalə Mənəfova
