
Şahmaran əfsanəsi keçmişdən günümüzə gəlib çatır. Söhbət insanların nankorluğu və etibarsızlığından gedir. Şahmaran əfsanəsi başlayana qədər Cəmsab tərəfindən tanınmamışdır. Söhbət Tarsusda keçən ilan başlı qadın Şahmaran və Camsab haqqında əfsanədən gedir.
Hadisə Tarsusda baş verir. Camsab və dostları bal ilə dolu bir quyu tapırlar. O, aşağı düşüb dostlarına balı qaldırmağa kömək edəndə onların hərisliyindən quyuda qalır. Kiçik bir işıq görür və o dəlikdən keçəndə dünyanın ən gözəl gülləri ilə dolu məkanı olan Şahmaranın evinə daxil olur. Şahmaran ilanlarla əhatə olunsa da, “Qonağımızsan, sənə pislik etmərik”,- deyib uzun müddət hekayətini danışdıqdan sonra Camsab illərlə onun yanında yaşayır.
Ailəsi üçün darıxan Camsab Şahmarana yalvarır və ailəsinin yanına qayıtmaq istədiyini deyir. O icazə istəyir. Şahmaranın isə bir şərti vardır; Heç vaxt hamama girməyəcək və yerini heç kimə deməyəcəkdir. Camsab qəbul edib quyunu tərk edir. İllər keçir və padşah xəstələnir. Deyir ki, dərman Şahmaranın ətində gizlidir. Hamını zorla hamama aparırlar və bura daxil olanda Camsabın bədəninin pulcuqla örtüldüyü görünür.
Camsab işgəncələrə dözməyib Şahmaranın yaşadığı yeri göstərir. Şahmaran bir daha öyrənir ki, insanlara etibar etmək olmaz, amma başqa çarə yoxdur və o, son bir yaxşılıq etmək istəyir. Deyir ki, ilk su gil qabda bişəndə zəhərlidir və Cəmsəba içməməli olduğunu deyir. Ətini padşaha yedizdirsə, padşah sağalacaqdır. Camsab da dediyi kimi edir, birinci suyu vəzirə verib zəhərləyir, ətini şaha yedizdirdikdən sonra isə şah sağalır. Camsab bir ömür padşahın yanında vəzir kimi yaşayır.
Rəvayətlərə görə, Şahmaranın öldüyünü biləndə Şahmaranın yuvasındakı ilanların Tarsusa basqın edəcəkdir.
Mənbə: Denkbilgi.com
Tərcümə etdi: Aydan Qasımova
