Ulduzlar keçmişdən bu günə qədər həmişə insanların diqqətini çəkmiş və onların maraq göstərdiyi səma obyektləri olmuşdur. Fərqli mədəniyyətlər ulduzlara öz dillərində fərqli adlar versələr də, ən çox tanınan ulduz adları var.
Ulduz adları - Ən çox tanınan ulduzların adları və mənaları nədir?

Dünyada ən çox tanınan və astroloji yozumlara görə xatırladığımız ulduzların adlarını və mənalarını belə sıralamaq olar:
Göydəki ən parlaq ulduz: Sirius
Sirius göydəki ən parlaq ulduzdur. O, bir çox qədim sivilizasiyaların göz bəbəyi olmuşdur. Bu maraqlı ulduz Orion bürcünün çox yaxınlığında yerləşir. Böyük İt bürcündə rast gəlinir. Adını yunanca "Seirios" sözündən götürür. Sirius əslində ikili ulduz sistemidir və zəif ikili ağ cırtdan kimi ifadə edilir, parlaqı isə A0-A1 spektral sinfinin parlaq mavi-ağ ulduzudur. Astroloji ulduz falı şərhlərində bürclərə əsaslanan Vedik astrologiya şərhlərinə tez-tez daxil edilən mühüm ulduzlardan biridir.
Cənub səmasında ən parlaq ulduz: Canopus
Cənub səmasında ən parlaq ulduz Canopusdur. Səma bütövlükdə qiymətləndirildikdə səmada ikinci ən parlaq ulduzdur. Canopus Günəşdən 310 işıq ili uzaqlıqda yerləşir. Günəşlə müqayisədə 10.000 dəfə parlaq və 70 dəfə böyükdür. Türkcə Süheyl və ya Süheyla kimi görünür. İngilis mənbələrində onun adı Soheildir.
Boötes bürcünün ən parlaq ulduzu: Arcturus
Boötes bürcü deyildikdə ağıla ilk gələn bu bürcün ən parlaqı olan Arkturdur. Arcturus da qırmızı nəhəng kimi təsvir edilir. Onun Günəşdən məsafəsi təxminən 37 işıq ilidir. Bu xüsusi ulduzun kütləsi Günəş qədər ölçülüb. Onun ölçüsü Günəşdən 25 dəfə böyükdür.
Mənbə: CNN Türk
Tərcümə etdi: Fidan Abdullayeva
