
Dünya tarixinə dərindən təsir edən və izləri bu günə qədər davam edən böyük imperiya Qədim Roma haqqında məlumatlar hələ də bizi təəccübləndirməkdə davam edir. Onların siyasi həyatları ilə yanaşı, ictimai həyatlarının bir çox xüsusiyyətləri kifayət qədər maraqlıdır. Bunlardan biri də yemək tərzləridir.
Romalılar, şübhəsiz ki, onları dünyanın qalan hissəsindən fərqləndirən çox unikal və dəbdəbəli həyat tərzinə malik idilər. Onların mədəniyyətindəki ən fərqli elementlərdən biri yemək yeyərkən uzanmağa üstünlük vermələridir. Ümumiyyətlə, insanların çoxu bunu narahat hesab edir.
Hər şeyin səbəbi sosial ayrılıq: zənginlik göstəricisi
Bu həyat tərzinin səbəbi aşağı sosial qruplar qarşısında sərvət nümayiş etdirməkdir. Yemək yeyərkən uzanmaq, əsasən, zəngin və güclülər tərəfindən daha vacib olduqlarını və etdikləri hər hansı hərəkətdən həmişə rahat olmaları lazım olduğunu göstərmək üçün edilən bir şeydir.
Qədim Yunanıstandakı adət kişilərə sadəcə uzanmağa icazə verirdi, qadınlar isə yeməkləri gətirib başqa stolda, başqa stullarda oturdular. Bu tendensiya Romada məşhurlaşdıqca, qadınlar da ziyafətlərdə bu cür iştirak edirdilər, baxmayaraq ki, bu, hələ də yalnız zəngin və güclülər üçün keçərli idi.
Mənbə: Haber türk
Tərcümə etdi: Lalə Mənəfova
