Fransız mətbəxi zənginliyi və müxtəlifliyi ilə məşhur olan, “Yeməklərindən həzz al” şüarı ilə tanınan mətbəxdir. Orta əsrlərə aid olan bu mətbəxdə ov əti əsrlər əvvəl istifadə edilmişdir. Zaman keçdikcə tərəvəzlərlə tanış olan fransızların kulinariya mədəniyyəti inkişaf etdi. Xüsusilə, kartofu ilə bu mətbəx çox məşhur idi. Səlib yürüşləri zamanı ədviyyatlarla tanış olan fransız mətbəxi yeməklərini çeşidləməyə başladı. Yemək bişirməklə yanaşı təqdimat və estetikaya üstünlük verən fransız mətbəxində heç vaxt təqdimatsız yemək süfrəyə gəlmir. Onlar üçün yeməklərin dadı qədər estetika da önəmlidir. Çünki təqdimat yeməklərə verilən dəyəri göstərir. Yeməklərə təkcə qarınlarını doyurmaq üçün yanaşmayan, həm də təqdimat və estetikaya önəm verən fransız mətbəxi UNESCO tərəfindən “Qeyri-maddi mədəni irs”in bir hissəsi olaraq Mədəni İrs siyahısına daxil edilib.
Fransız mətbəxi 3 əsas yeməkdən ibarətdir: səhər yeməyi, nahar və şam yeməyi. Qəlyanaltılar daxil deyil. Yemək yeyərkən əvvəlcə başlanğıcda boşqab, sonra şorba, əsas yemək və salat gəlir. Fransada hər mətbəxin öz xarakteri var. Ölkənin mərkəzi və şərq bölgələrində ov və vetçina, sahilyanı rayonlarda balıq və qabıqlı dəniz məhsulları, Luara bölgəsində isə göbələk və qoyun əti yeyilir. Paris bölgəsi isə bütün bölgələrin qarışığından ibarətdir.
Fransızlar səhər yeməyi üçün adətən kruasanlara, pancake, təzə çörək kimi un məmulatlarına, şokolad və qəhvəyə üstünlük verirlər. Əvvəllər 2 saat davam edən nahar indi kiçik şəhərlərdə ənənə halını alıb. Böyük şəhərlərdə yemək fasiləsi adətən 1 saat davam edir. Nahar və şam yeməyinə iştahaaçan qəlyanaltılar, şorba, tərəvəz, ət və balıqdan hazırlanmış əsas yemək, final üçün pendir boşqabı və desert daxildir .
Fransız mətbəxində klassik ətlərlə yanaşı, ilbizlər, qurbağalar və at ətinin istifadəsi də geniş yayılmışdır.

Ən məşhur yeməklərinə kruasan, sufle, qaymaqlı karamel, mal əti burguignon, soğan şorbası, ekler, profiterol və niçoise salatı daxildir. İldə orta hesabla 7 milyard şüşə şərab istehsal edilən bu ölkədə nahar və şam yeməyində tez-tez şərab su ilə yanaşı verilir.
Fransada pendir qabının xüsusi yeri var. Ölkədə qanunla qorunan 50, ümumilikdə isə 1000-dən çox pendir növü var. Demək olar ki, hər bölgənin öz pendiri var. Bunlardan ən məşhurları Rokfor, Brie və Camembert pendirləridir.

Fransız mətbəxində sousların istifadəsi də olduqca geniş ysyılıb. Əsas sous beşamel kimi qəbul edilmiş və ona müxtəlif inqrediyentlər əlavə edilərək yeni souslar alınmışdır.
Fransız mətbəxinin yerləri
Restoran: Keyfiyyətinə görə müxtəlif qiymətlərlə yemək təklif edən bu restoranlar günün müəyyən saatlarında açılır və müəyyən saatlarda bağlanır. Ümumiyyətlə, həftədə bir gün bağlı olan bu restoranlardan Fransa qanunlarına görə sabit menyu seçimi tələb olunur.
Bistro: Restoranlardan daha kiçikdir. Menyular təbaşirlə lövhəyə yazılır və ya şifahi olaraq müştərilərə çatdırılır. Ümumiyyətlə, daha sadə və tez yeməklər verilir.
Bouchon: Bu, Lion şəhərində yayılmış bir restoran növüdür. Onlar Lionun yerli yeməklərini təklif edirlər.
Brasserie: Pivə evi deməkdir. Turşu kələm və dəniz məhsulları ən çox verilir. Bütün gün açıqdır və günün istənilən vaxtında eyni menyu təklif edir.
Kafe: Əsasən kofe və spirtli içkilər verilir. Stol və stullar əsasən səkilərdədir. Yemək seçimləri məhduddur. Kafelər çox erkən açılır və axşam saat 21:00 radələrində bağlanır.
Salon de The: Çay otağı deməkdir. Çörəkxanalara bənzəyir. Alkoqollu içki xidməti yoxdur. Günortaya doğru açılır və axşama doğru bağlanır.
Bar: 20-ci əsrdə geniş yayılan bu məkanlarda kokteyllər və spirtli içkilər verilir.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
