
Ən yaxşı ailə filmləri kinosevərlər tərəfindən IMDB balları ilə birlikdə araşdırılıb. Ən çox baxılan ailə filmləri arasında kino tarixində iz qoymuş unudulmaz məzmunlar da var.
Hər kəsin baxa biləcəyi ən populyar 20 ailə filmi:
Ailə filmləri həm uşaqların, həm də böyüklərin baxa biləcəyi filmlərə verilən ümumi addır. Bir çox janrlar bura aiddir, xüsusən də, ailə komediyası və ailə dramı
1- Forrest Gump:
Imdb: 8.8
Film xəstəliyinə görə digər insanlardan fərqlənən Forrestin hekayəsindən bəhs edir. Dram və komediya janrı olan filmdə Tom Hanks və Robing Wright baş rolları paylaşırlar.
2- Neşeli günler
Imdb Balı: 8.7
Turşu bişirərək dolanışığını təmin edən Kazım və Səadət aralarında daim münaqişə yaşanır. Biri iddia edir ki, ən yaxşı turşu limonla, digəri sirkə ilə hazırlana bilər. Bir gün bu münaqişə böyük döyüşə çevrilir. Kazım üç uşağını götürüb evdən çıxır. Qızlar anasının yanında qalır. Uşaqlar valideynlərini barışdırmaq üçün gizli görüşməyə başlayırlar.
3-The Intouchables
Imdb Balı: 8.5
Filip yamac paraşütü ilə uçarkən qəza keçirib və əlil arabasına məhkum olub. Ev işlərində ona kömək etmək üçün Drisi işə götürür. İkisi əvvəlcə bir-birini sevməsələr də, zamanla yaxşı dost olurlar.
4- The kid / Yumurcak
Imdb Balı: 8.3
Çarli Çarplinin səssiz filmi “The kid” işsiz adam və uşağın gülməli hadisələrini böyük ekrana gətirir. 1921-ci ildə ekranlara çıxan “the kid” bütün zamanların ən çox baxılan 50 filmindən biridir.
5- Bizim aile
Imdb Balı: 8.3
1975-ci ildə ekranlara çıxan filmdə baş rollarda Adile Naşit, Münir Özkul, Tarık Akan və Halit Akçatepe çəkilib. Yaşar Usta və Mələk Xanım evləndikdən sonra uşaqları ilə yaşamağa başlayıblar. Uşaqlar ilk vaxtlar bir-biri ilə anlaşmır və davamlı olaraq dava edirlər. Lakin zaman keçdikcə onlar bir çox çətinliklərin öhdəsindən gələrək əsl ailəyə çevrilirlər.
Mənbə: CNN türk
Tərcümə etdi: Lalə Mənəfova
