
24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı rəssam Vasif Səftərovdur. O, rəssamlıq haqqında danışıb.
-Rəsm çəkmək bacarıqdır, yoxsa çalışmaqla bağlıdır?
Əslində, bütün sahələrinin texniki tərəfləri var. Yəni çalışmaqla da müəyyən səviyyəyə çatmaq mümkündür ki, burada üslub, texnika olur. Məsələn, çox gözəl piano ifa edən pianoçularımız var və onlar mövcud olan musiqiləri ifa edirlər. Lakin musiqi bəstələmək heç də bununla eyni deyil. Musiqi, tərz, janr yaratmaq bundan çox fərqlidir. Yəni pianonu ifa edə bilmək başqa, yeni musiqi yaratmaq isə bambaşqadır. Hər hansı bir rəsmi çəkmək də, həmçinin rəssamlıq deyil. Mükəmməl səviyyədə rəsm çəkə bilsən belə, əgər fərqli baxış bucağın yoxdursa, rəssam ola bilməzsən.
Aydan Qasımova
