
Baia İtaliyanın cənubunda, Neapol körfəzi yaxınlığında yerləşən qədim Roma şəhəridir. Baia təxminən eramızdan əvvəl 4-cü əsrdə qurulmuş və eramızın 5-ci əsrinə qədər istifadə edilmişdir. Məlumdur ki, qədim Roma dövründə Baia öz isti bulaqları, termal hamamları, istirahət evləri və villaları ilə məşhur idi.
Baia qədim zamanlarda çox məşhur bir tətil mərkəzi idi. Saysız-hesabsız varlı Roma vətəndaşlarının, senatorların və imperatorların istifadə etdiyi lüks villalar Baiada yerləşirdi. Bu villaların tikintisi şəhərdəki termal bulaqların verdiyi isti su sayəsində mümkün olub. Bu su mənbələrindən qədim Romada məşhur müalicə üsulu olan termal hamamların tikintisində də istifadə olunub.
Vaxt keçdikcə Baia vulkanik fəaliyyət, dəniz səviyyəsinin qalxması və ümumilikdə ətraf mühit amilləri ilə məhv edildi və böyük ölçüdə tərk edildi. Bu gün Baia sular altında qalmış itirilmiş şəhər kimi tanınır. Xüsusilə, şəhərin altındakı dənizdə su altında qalmış qədim tikililərin və villaların qalıqları aşkar edilib.
Baia qədim xarabalıqlarını Neapol yaxınlığındakı Pozzuoli arxeoloji parkında ziyarət etmək olar. Bu xarabalıqlara termal hamamlar, teatrlar, hamamlar və müxtəlif villaların xarabalıqları daxildir. Bu xarabalıqlar qədim Roma dövrünə aid memarlıq və incəsənət əsərlərinin mühüm nümunələrini təqdim edir.
Mənbə: Ceotudent.com
Tərcümə etdi: Amin Həsənli
