Bu gün:

Kosmik kostyumun xüsusiyyətləri nələrdir?


Bəşəriyyət uzun illər kosmosa uçmaq arzusunda idi və 20-ci əsrin ortalarında bu ambisiya gerçəkləşdi. Amma kosmosa getmək üçün xüsusi paltar lazım idi.


Kosmik kostyum reaktiv təyyarə pilotlarına, xüsusilə, astronavtlara və kosmonavtlara bədənlərini xarici təsirlərdən qoruyaraq işləmək və yaşamaq imkanı verən kostyumdur. Bu paltar qan təzyiqinin normada saxlanmasına xidmət edir. Kosmik gəmi getdikcə kosmosa doğru hərəkət edərkən astronavtları böyük təhlükələr gözləyir. Bu təhlükələrdən biri də sürətin  və astronavtların çəkisinin artmasıdır. Bu arada astronavtın damarlarındakı qanın çəkisi ərimiş dəmirin ağırlığına bərabər olur.


Astronavtlar Ayda necə su içirlər?

Bəs kosmonavt Ayda gedərkən su içmək istəsə və ya nəsə yemək istəsə nə edəcək? Bütün bunlar nəzərə alınıb. Astronavtın tualet ehtiyacları üçün xüsusi kisələr var. Kürək çantasında həmçinin  qida və içki olur. Astronavt kostyumları görünüş baxımından eyni qalsa da, detallarda bəzi dəyişikliklərə məruz qalmışdır. Aya ilk enən "Apollon-11" astronavtlarının Ay kostyumları ilə son "Apollon-17" astronavtlarının kostyumları arasında cib, ayaqqabı bağı, Ay səthində istifadə edilən əl alətləri, nümunə çantaları kimi bəzi xarici hissələr hazırlanaraq daha faydalı hala gətirildi. 


Mənbə: Milliyet.comtr

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et