Bu gün:

Badımcan sapını atmayın!



Məlum olub ki, yay-qış istifadə edilən qida olan badımcanın gövdəsi, badımcanla yanaşı, bir çox faydaları var. 

Tərkibində A, B1, B2 və C vitaminləri olan badımcan sapı hemoroid, dəri və saç sağlamlığı kimi problemləri aradan qaldırmağa kömək edir, hətta immunitet sistemimizi gücləndirir. A və B1 vitaminləri sayəsində göz sağlamlığına qatqı təmin edən badımcan sapı, lifli quruluşu sayəsində həzm sistemimizin nizamlı işləməsini dəstəkləyir.

C vitamini ilə dəriyə parlaqlıq verir və tənəffüs xəstəliklərindən qoruyur. Tərkibindəki təbii nikotini ilə siqareti tərgitmək istəyənlərə rahatlıq təmin edir. İspanaqdan sonra ən zəngin dəmir tərkibli tərəvəz olan badımcan sapı yorğunluğu aradan qaldırır və dəmirin udulmasını artırır. İnsulin müqavimətini balanslaşdırır.

 


Antioksidant quruluşla zəngin olduğu üçün bədənimizdəki toksinlərin atılmasını asanlaşdırır. Bu müalicəni tətbiq edərkən nəzərə alınmalı bir neçə məqam var. Bu 5 günlük müddətdə bulqur, pomidor, turşu, sirkə, mayalı və ədviyyatlı (çili, isot və acı bibər) qidalardan uzaq durmaq faydalıdır. Çünki bu qidalar hemoroid kimi xəstəliklərə səbəb ola bilər.

Mənbə:CNN Türk

Tərcümə etdi: Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et