
Dünyada onlarla, yüzlərlə mədəniyyət var. Şübhəsiz ki, bu mədəniyyətlərin formalaşmasında xalqın böyük təsiri vardır. Xalqı yaşadan onun dili, adət-ənənələri, qədim tarixi və mədəniyyətidir. Ən maraqlı ənənələrə diqqət edək:
1. Rusiyada kimsə sizə spirtli içki içməyi təklif edirsə, imtina etmək ayıb sayılır. Gərək, təklif edən şəxslə birlikdə spirtli içkini içəsən.
2. Şimali Koreya qapalı mədəniyyəti ilə məşhurdur. Kişilər 27, qadınlar isə 25 yaşından əvvəl evlənə bilməzlər. Bu ənənə deyil, qanundur. Qadın və kişilər əvvəlcə dövlət qarşısında məsuliyyətlərini yerinə yetirirlər, sonra isə ailə qururlar.
3. İspanların ən məşhur ənənəsi siestadır. Siesta günorta dincəlmək mənasını ifadə edir. Günorta dincələn ispanlar bu saatlarda işləmirlər.
4. Buddizm dedikdə ağıla ilk gələn narıncı paltarlar və qırxılmış saçlardır. Bəs buddistlər niyə saçlarını qırxırlar? Buddizmdə saç kəsmək tamamilə dünyəvi istəklərdən qurtulmaq deməkdir.
5. Yaponlar da adətən evə girəndə ayaqqabılarını çıxarırlar. Bu gigiyenadan qaynaqlansada, onlarda isə imandan qaynaqlanır.
6. Afrikadakı Masai qəbiləsinin maraqlı bir adəti var. Onlar salamlaşmaq üçün bir-birinə tüpürürlər.
Mənbə: Milliyet.com.tr
Tərcümə etdi: Tərlanə Abdullayeva
