Bu gün:

Danimarka haqqında maraqlı faktlar



Dəfələrlə dünyanın ən xoşbəxt ölkəsi seçilən Danimarka Şimali Avropada Skandinaviya ölkəsi kimi ziyarətçilərinə qucaq açır. Hər il milyonlarla insanın axın etdiyi Danimarkanın bilinməyən xüsusiyyətləri hansılardır?


1.Danimarka  dünyanın ən xoşbəxt ölkəsidir
Danimarka haqqında araşdırmaya başladığınız zaman ilk olaraq Danimarkanın çox xoşbəxt bir ölkə olduğunu görəcəksiniz. Danimarka istiqanlı insanları və maraqlı xüsusiyyətləri ilə seçilən ölkədir.


2.Danimarkada 444 ada var
Skandinaviya ölkəsi olan Danimarkada düz 444 ada var, lakin onlardan  76-da insan məskənləri olduğu bilinir.


3.Danimarka əlifbasında maraqlı üç hərf 
Danimarka dili özünəməxsus üslubu ilə bir çox samitlərin birləşməsindən əmələ gəlir. Danimarka dili mürəkkəb quruluşuna görə dünyanın ən çətin dillərindən biri hesab olunur. Bu çətinliyi sübut edən hallardan biri də dünyanın digər dillərində tez-tez rast gəlmədiyimiz üç hərfdir: Æ, Ø və Å. Bu hərflərin Danimarka dilini ingilis dilindən ayırdığı və dili öyrənməyin çətinləşdirdiyi deyilir.


4.Danimarkada dünyanın ən qədim dövlət bayrağı
Danimarkanın rəsmi bayrağı “Dannebrog” ilk dəfə 1219-cu ildə qəbul edilib və bu, 803 il əvvəldən bu günə qədər müstəqil bir xalqın istifadə etdiyi ən qədim dövlət bayrağı olub.


Mənbə: Milliyet.com.tr

Tərcümə etdi: Tərlanə Abdullayeva


Paylaş
Şərh əlavə et