
Bütün bayramlar ənənəsi, gözəlliyi və fərqliliyi ilə seçilir. Bu gözəl bayramlardan biri də Yeni ildir. Yeni ili ölkələr fərqli adət-ənənələrlə qarşılayırlar.
1. Çili
Çilidə gecə yarısı bir qaşıq mərci yeyənlərin tam bir il iş və pul qazanacağına inanılır. Həmçinin insanlar Çilidə evi içəridən çölə süpürərək pis ruhları evdən uzaqlaşdırır.
2. Yeni Zellandiya
Yeni Zelandiyada hamı Yeni ilə qədəm qoyan küçələrə çıxır və bacardıqca yüksək səslə qazanları, tavaları qaşıqla vururlar.
3. İspaniya
İspaniyada gecə yarısı, hər qədəh üçün bir üzüm yemək adətdir.
4. Argentina
Argentinada gecə yarısı sağ ayağınızı qabağa qoysanız, bu ilin yaxşı keçəcəyinin əlamətidir.
5. Braziliya
Braziliyalılar inanırlar ki, 7 dalğanın üstündən tullanarkən uğurlarınız olacaq. Braziliyalılar dəniz kənarında olarkən su ilahəsi Lemancaya hədiyyələr, xüsusilə də, çiçəklər təqdim edir.
6.Kolumbiya
Kolumbiyalılar üçün boş çamadanla küçədə dolaşmaq bütün ili səyahətlə keçirəcəkləri deməkdir.
7. Şotlandiya
Şotlandiyada saat gecə yarısını vuran kimi dostunuzun evinə ilk ayaq basmaq ənənəsi başlayır. Evə atılan ilk qonaq ayağı evə pul, çörək, duz, kömür və viski kimi mədəni bolluq simvollarını gətirir.
Mənbə: Milliyyet.com.tr
Tərcümə etdi: Tərlanə Abdullayeva
