Bu gün:

Nepal haqqında bilinməyənlər


Hamımız bilirik ki, Nepal Cənubi Asiyada yerləşən çox gözəl ölkədir, ətrafı Himalay dağlarının mənzərələri ilə çevrənilir. Nepalı cənnətin bir parçası adlandırmaq lap yerinə düşər. Bəs Nepal haqqında bilinməyənlər nələrdir?


Düzbucaqlı olmayan yeganə bayraq Nepal bayrağıdır
Nepalda dünyanın ən unikal milli bayrağı var. Dünyada düzbucaqlı olmayan tək bir bayraq varsa, onun Nepala aid olduğunu deyə bilərik. Nepal bayrağının üç rəngi var; tünd qırmızı, mavi və ağ. Nepal bayrağın dizaynının 2000 ildən çox yaşı olduğu sübut edilmişdir. Yəni hər cəhətdən unikal görünən bu bayrağın dizayn tarixi də kifayət qədər qədimdir.


Nepalın paytaxtı bir vaxtlar göl olub
Həm mifologiyalar, həm də geoloji tədqiqatlar Nepalın paytaxtı Katmandu şəhərinin vaxtilə göl olduğunu təsdiqləyir. Nepal mifologiyasında deyilir ki, Manjushri Katmanduya uçur və nəhəng gölü görəndə qüdrətli qılıncı ilə Çobhamın zirvəsini yerə endirir. Müqəddəs vadinin çiçəklənməsi üçün suları qurudur. Bir çox fərziyyələrə əsasən Katmandu vadisinin bir vaxtlar göl olduğuna dair kifayət qədər geoloji sübut var və bu ərazinin 15.000 il ərzində mərhələlərlə quruduğuna inanılır.


Mənbə: Milliyyet.com.tr

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et