Bu gün:

Səssiz qatilin 4 əlaməti bunlardır


Orqanların verdiyi siqnalları dinləyərək sağlam olub olmadığımıza dair ipuclarını görə  bilərik. Bədəninizdə bəzi dəyişikliklər müşahidə edirsinizsə, erkən diaqnoz üçün əsas səbəbi araşdırmaq çox vacibdir. Sidikdə və dəri rəngində dəyişikliklər bir xəstəliyin olduğunu göstərə bilər. Eyni zamanda, dildə ağ ləkələr əslində bir işarə verir. Dildə görünən ağlıq çox vaxt zərərsiz düşünülə bilər, lakin  bəzi ölümcül xəstəliklərin göstəricisi ola bilər. Budur səssiz qatilin 4 əlaməti...


Dildə ağ ləkələr və qönçələr xəstəliyi göstərə bilər. Qədim dövrlərdə bədəndəki xəstəliklərə diaqnoz qoymaq üçün dilin vəziyyəti yoxlanılırdı. Qədim şəfaçılar hesab edirdilər ki, əgər xəstəliyin bütün əlamətləri aradan qalxsa da, dil sağlam görünmürsə, xəstə tam sağalmayıb. Dildə bu ağların əmələ gəlməsinə səbəb olan lezyonlar, başqa adıyla qaratoyuq, yanaqlara, damağa, diş ətlərinə və badamcıqlara yayıla bilər. Xərçəng və QİÇS kimi xəstəliklərdə xırıltının daha ciddi şəkildə irəliləməsinə səbəb olan hallarda lezyonlar özofagusa doğru irəliləyə bilər. Lezyonların özofagusa uzandığı vəziyyətə Candida ezofagiti deyilir. Ezofagitli xəstələrdə yuxarıda göstərilən əlamətlərə əlavə olaraq, udma çətinliyi və boğazda qalan qidaya görə ağrı kimi əlamətlər də ola bilər.

Dildəki bu ağ ləkələr müxtəlif xəstəliklərin xəbərçisidir. Dilin forma və vəziyyətinə görə rənginin əlamətləri...

Dilin ucu

Tənəffüs sistemi xəstəliklərinə səbəb olur. Ağciyərlər kənarları boyunca ağımtıl formalaşmağa səbəb olur. Ortadakı ağ lövhə ürək problemlərini göstərir.

Dilin orta hissəsi

Qaraciyər sol tərəfdə, mədəaltı vəzi sağda və mədənin orta hissəsində proqnozlaşdırılır.

Dilin alt hissəsi

Kənarlar böyrəyə uyğundur, orta zona bağırsaqdır. Əsasda ağlığın yığılması bağırsaqda əhəmiyyətli miqdarda toksinlərin olduğunu göstərə bilər. Xüsusilə çatlar varsa və ya lövhə boz görünürsə, bu qastrit, mədə xorası və ya onikibarmaq bağırsaq xorasının başlanğıcıdır.

Dili təmizləməyə və dezinfeksiya etməyə kömək edəcək bəzi təbii üsullar var. Bu, diş ətlərinizin və hətta dişlərinizin sağlamlığını yaxşılaşdırmağa kömək edəcəkdir. Onlardan bəzilərini təqdim edirik:

Sarımsaq

Mükəmməl deyilmi? Sarımsağın ağız qoxusu yaratdığına və ağız təmizləmə üsuluna o qədər inanırdıq ki! Sarımsaq haqqında deyilənlərə məhəl qoymayın və çiy sarımsaq yeməkdən qorxmayın. Bu, bakteriyaları öldürməyə və dili təmizləməyə kömək edir.

Aloe vera

Aloe iltihab əleyhinə və müalicəvi xüsusiyyətlərə malikdir. Dil və diş ətlərindəki mikrobları öldürmək üçün ağzınıza bir xörək qaşığı aloe vera şirəsi qoyun, bir neçə dəqiqə çalxalayın və tüpürün. Sonra ağzınızı isti su ilə yaxalayın. Bunu gündə bir neçə dəfə təkrarlaya bilərsiniz.


Duz

Duz dili təmizləməyin ən yaxşı üsullarından biridir. Aşındırıcı duz hissəcikləri dildən kir və ölü hüceyrələri təmizləyir. Dilinizə bir az duz səpin və bir dəqiqə diş fırçası ilə yumşaq bir şəkildə fırçalayın. Sonra ağzınızı su ilə yaxalayın. Bunu gündə iki dəfə təkrarlayın.

Sarıkök

Sarıkök yalnız ədviyyat deyil, həm də ağız üçün antiseptik dərmanlara əla alternativdir. Sarıkök və sitrus suyunu pastaya bənzər bir tutarlılıq əldə edənə qədər qarışdırın. Pastanı dilinizə 2 dəqiqə sürtün və sonra isti su ilə yaxşıca yuyun.

Mənbə: Habertürk 

Tərcümə etdi: Aytən Babaşova 


Paylaş
Şərh əlavə et