Bu gün:

Tac Mahal- Aqra / Hindistan


Dünyanın yeni 7 möcüzəsindən biri olan və Hindistan dedikdə ağla gələn ilk memarlıq quruluşu olan Tac Mahalın 73 metr hündürlükdə sevgiyə həsr olunmuş abidə olduğunu deyə bilərik. Tac Mahal, Muğal Kralı Cihan tərəfindən sevimli həyat yoldaşı Ərcümənd Banu-Begüm Mümtaz Mahal üçün tikdirdiyi türbədir. Şah bu ziyarətgahı tikmək üçün bugünkü puldan 1 milyard dollardan çox pul xərcləyib. Bina kimi baxıldığında onun əks hovuzları və landşaft dizaynı ilə İranın "İrəm" bağlarından ilham aldığı aydın görünür.

Onun tikintisi 22 il ərzində 20.000-dən çox işçi və 1000-dən çox filin iştirakı ilə tamamlanıb. Mümtaz Mahalın məqbərəsinin yerləşdiyi hissədə onu mədh edən kitabələr, ona xoş arzular deyilir. Dövrün mühüm xəttatlarının imzasını daşıyan Yasin surəsi türbə quruluşunun ən diqqət çəkən hissəsidir. 1983-cü ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilən memarlıq quruluşu ildə 4 milyon ziyarətçini qəbul edir.

Mənbə: Ceotudent.com

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et