Bu gün:

"Bürc-Xəlifə" qülləsi


Birləşmiş Ərəb Əmirliklərində yerləşən və dünyanın ən hündür binası da daxil olmaqla bir çox rekordlar qıran BürcXəlifə 828 metr hündürlüyü ilə dünyaya meydan oxuyur. Normal şəraitdə səhranın yumşaq torpağı, yüksəldikcə sürətlənən küləklər və səhra istisinin yandırıcı təsiri ilə belə hündür binanın normal arxitektura ilə yaşaya bilməsi mümkün deyil. Memar Bill Baker binanı bu sürüşkən mərtəbədə oturan 3 tərəfli Y formalı döşəmə ilə örtür. 194 dərin qatlanmış dəmir çubuqları olan bu üçbucaqlı mərtəbə Bürc Xəlifə üçün bənzərsiz sabitliyə malik platforma yaradır. Bu metal çubuqların sürtünmə qüvvəsi bu inanılmaz quruluşu sağlam saxlamağı bacarır. Səhra küləyinin gücü Bürc Xəlifədə sorulur.

Bürc Xəlifə tərəfindən qırılan mühüm rekordlar:

  • Dünyanın ən çoxmərtəbəli binası: 163 mərtəbə
  • Dünyanın ən hündür binası: 828 metr
  • Dünyanın ən yüksək lifti və eyni zamanda ən sürətli lifti: saatda 64 km
  • Dünyanın ən hündür məscidi: 158-ci mərtəbə

Mənbə: Ceotudent.com

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et