Bu gün:

Brüsselin simvolu olan qeyri-adi bina


Brüsselin simvolik əsərlərindən biri olan Atomium, 1958-ci ildə EXPO 58 sərgisi üçün Andre Waterkeyn tərəfindən dizayn edilmiş qeyri-adi bir binadır. Dəmir atomunun ən kiçik hüceyrə quruluşunu göstərən atom 165 milyard dəfə böyüdülüb. Bina, on iki boru ilə birləşdirilmiş on səkkiz metr diametrli doqquz polad kürədən ibarətdir. Binanın çölü atoma bənzəsə də, içi tamam başqa bir dünyadır.

Hündürlüyü 102 metr olan Atomiumun zirvəsində restoran var. Kürələr arasında keçidin pilləkənlərlə təmin edildiyi binada bir vaxtlar dünyanın ən sürətli lifti olub. Bu maraqlı əsər həm də dünyada texnoloji tərəqqi nümayiş etdirən sərgilərə və mədəni tədbirlərə ev sahibliyi edir. Brüsselin panoramik mənzərəsini rahatlıqla izləyə biləcəyiniz Atomium şəhərin gözəlliklərinə yaxından baxmaq istəyənlərin ziyarət yeridir.

Mənbə: Ceotudent.com

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et