
Sancaklar Məscidi “forma” əsasında mövcud memarlıq strukturu müzakirələrindən uzaqlaşaraq, yalnız dini məkanın mahiyyətinə diqqət yetirərək, məscid dizaynının əsas problematikasını həll etməyi hədəfləyir. Daxili dizaynı baxımından sadə bir mağaraya bənzəyən məscid dramatik və heyranedici şəkildə Allahla tək olmağı hədəfləyir.
Qiblə divarı boyunca olan yarıqlar ibadət yerinin istiqamətini gücləndirir və günəş şüalarının süzülməsinə şərait yaradır. Sancaklar Məscidinin Türk Memarlığı baxımından ən mühüm cəhətlərindən biri də bəzi metaforalardan və stilizə edilmiş elementlərdən istifadə edərək məscid memarlığını sadələşdirməsidir.
Bir il sonra London Dizayn Muzeyinin təşkil etdiyi 2015-ci ilin Dizaynı Seçimində finalçı olan Sancaklar Məscidi də həmin il Mies Van Der Rohe Avropa Mükafatlarında ilk 40 bina arasında yer alır. O, həmçinin 2016-cı ildə WAC (Dünya Memarlıq Assosiasiyası) tərəfindən İlin Ən Yaxşı Dini Bina Mükafatını aldı. Bundan əlavə, Britaniya Memarlar İnstitutu (RIBA) 2018-ci ildə RIBA Beynəlxalq Memarlıq Mükafatına müraciətlər arasında ilk 20 yeni bina sırasına daxil olub.
Mənbə: Ceotudent.com
Tərcümə etdi: Amin Həsənli
