
24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı rəssam Vasif Səftərovdur. O, rəssamlıq haqda danışıb.
-Sizcə, rəssam hansı bilik və bacarıqlara dərindən yiyələnməlidir?
Rəssam, ilk növbədə, müxtəlif bilik və bacarıqları öyrənməlidir. Buna misal olaraq, rəsm çəkməyin texniki tərəflərini deyə bilərik. Lakin rəssamlıqda əsas fərqli düşüncə tərzi, hadisələrə başqa cür, seçilən şəkildə münasibətin olmasıdır. Əgər bu olarsa, rəssam istədiyini kreativ şəkildə canlandıra, hər hansı məsələyə başqa, yaradıcı şəkildə yanaşa bilər. Manevrlər etməyi, fırça ilə necə davranmaq gərəkməsi kimi məsələlər şablon deyil və rəssamdan asılıdır. Peşəkar rəssamlıqda isə tam fərqlidir. Rəssam akademik, yəni texniki tərəfləri öyrənir və sahib olduğu dünyagörüşünə uyğun olaraq, məsələlərə münasibətini əsərdə bildirə, həmin şəkildə obrazlar canlandıra, yaxud hansısa kompozisiyasını uğurlu şəkildə əsərə yansıda bilir.
Aydan Qasımova
