Bu gün:

Xolesterolu aşağı salan, ürək-damar sisteminin sağlamlığına faydalı qidalar


Xolesterin dünya üzrə orta yaşın artması və oturaq həyat tərzi ilə ürək-damar xəstəliklərinə səbəb olur, eyni zamanda qaraciyəri məhv edir, infarkt, iflic kimi bir çox xəstəliyi tətikləyir. Xolesterolu azaltmaq sağlam həyat tərzi və pəhriz ilə mümkündür. Araşdırmalara görə doymuş yağdan az, liflə, antioksidantlarla, doymamış yağlarla və balıqla zəngin pəhriz ürək-damar xəstəliklərinə müsbət təsir edir. Gündə 7 qram liflə zəngin qidaların qəbulu insult riskini 7 faiz azaldır. Gündəlik rasionunuza lifli qidalar əlavə etməklə siz xolesterini aşağı sala və ürək-damar xəstəlikləri riskini aradan qaldıra bilərsiniz. Ürək-damar sağlamlığı üçün faydalı olan möcüzəli qidaları təqdim edirik...


Ürək-damar xəstəliklərinin qarşısının alınması və ya müalicəsi üçün tətbiq ediləcək şeylərdən biri ideal çəkiyə sahib olmaqdır. Bunun üçün əvvəlcə həyat tərzi dəyişikliyi edərək, yüngül qidalarla balanslaşdırılmış qidalanmaya diqqət yetirmək lazımdır. Sağlam bədən üçün tək bir qidadan fayda gözləmək təbii ki, mümkün deyil. Ancaq ürək sağlamlığına digərlərindən daha çox töhfə verən bəzi qidalar var.


Bəs nə etməli?

Təzə tərəvəzlər, meyvələr, balıqlar və lifli qidalarla zəngin bir pəhrizə diqqət edin. Ümumi yağ istifadəniz pəhrizinizin 30 faizini keçməməlidir.

Doymuş yağları 7-10%, çoxlu doymamış yağları 10%, mono doymamış yağları isə 10-15%-lə məhdudlaşdırın.

Gündə 50-90 mmol kalium qəbul edin, doymuş yağların qəbulunu məhdudlaşdırın, kifayət qədər kalsium və maqnezium tərkibli qidalar istehlak edin.

Həftədə 1-2 dəfə təxminən 100 qram qırmızı ət istehlak edin.

Şirniyyat istehlak etmək istədiyiniz zaman ağır xəmir şirniyyatları yerinə südlü olanlara üstünlük verin. Əgər trigliserid səviyyəniz yüksəkdirsə, spirtdən imtina edin, yoxsa, məhdudlaşdırın. Gündəlik duz qəbulunu da 5 qramla məhdudlaşdırın.

Bunun üçün ideal çəkiyə çatın, fiziki aktivliyinizi artırın, siqaret çəkməyin, spirt istehlakını azaldın.


Pomidorla ürək xəstəlikləri  riskini azaldın

Pomidorlara rəng verən likopen güclü antioksidantdır. Pomidorun tərkibindəki likopen sayəsində ürək-damar xəstəlikləri və infarkt riskini azaldır, qanda xolesterinin səviyyəsini yaxşılaşdırır. Pomidorları çiy və ya bişmiş halda istehlak edə bilərsiniz, lakin 2016-cı ildə siqaret çəkməyən və heç bir dərman qəbul etməyən 40 könüllü üzərində aparılan bir araşdırmada məlum olub ki, zeytun yağı ilə zənginləşdirilmiş bişmiş pomidor, çiy pomidordan daha çox ürək xəstəliyi riskini azaltmaqda təsirli olur.


B vitamini mənbəyi  qulançar

Baharın müalicəvi tərəvəzlərindən biri olan qulançarın tərkibində beta-karotin, B6 vitamini, fol turşusu və lif var. 1 kasa qaynadılmış qulançar orqanizmin gündəlik B vitamini ehtiyacının 66%-ni qarşılayır. Bir stəkanda cəmi 25 kalori, sapında isə cəmi 5 kalori var. Bu məzmun sayəsində qulançar ürəyin əsas damarlarının təmiz və açıq saxlanmasında öz təsirini göstərir. 

Mənbə: Habertürk

Tərcümə etdi: Aytən Babaşova 


Paylaş
Şərh əlavə et