Bu gün:

Stressə yaxşı təsir edən bitkilər


Gündəlik təlaşın ortasında, bəzən, lazım olduğundan daha çox stress və yorğunluğa məruz qala bilərsiniz. Bədəni rahatlaşdırmaq, zehni dincəltmək və daha yaxşı yuxuya sahib olmaq üçün stressi azaldan bitkilərdən faydalanmaq mümkündür.

Melissa çayı

Uzun, incə yarpaqları, ecazkar limon qoxusu ilə diqqət çəkir. Melissa çayı bədəni, sinir sistemini rahatlaşdırır və yuxuya getməyi asanlaşdırır.

Adaçayı

Latın adı ilə "Salvia", bir çox növü olan bitkidir. Öskürək, qrip və buna bənzər xəstəliklərə yaxşı olduğu bilinən adaçayı sinir sistemini də sakitləşdirir.

Lavanda

Lavanda bitkisindəki efir yağları sinir sisteminə birbaşa təsir edən və rahatlaşdıran xüsusiyyətlərə malikdir. Çay kimi içildikdə bir az acı dad verdiyi üçün digər bitki çaylarına az miqdarda qurudulmuş lavanda çiçəkləri əlavə olunaraq istifadə olunur.

Cökə

Cökə, demək olar ki, qış aylarının əvəzedilməzidir. Soyuqdəyməyə qarşı təsirlidir, bədəni rahatlaşdıran və stressi azaldan xüsusiyyətlərə malikdir.

Pişikotu

"Valerian" kimi də tanınan pişikotu çox xoş ətirli bir bitki olmadığı üçün tez-tez istifadə edilmir. Buna baxmayaraq, yuxusuzluğa ciddi təsir göstərir. Bitkinin köklərindən üyüdülərək kapsul və həblər hazırlanır. Həmçinin, bitkinin qurudulmuş kökləri çay kimi birbaşa dəmlənərək istehlak edilə bilir. Yüksək qan təzyiqini aşağı salır, əzələləri rahatlaşdırır, uzun və dərin yuxuya kömək edir.

Ehtiras çiçəyi

"Passionflower" bitkisi olaraq da bilinən passiflora stress və yuxusuzluğa qarşı təbii vasitə kimi əvəzolunmazdır. Eyni zamanda, bitkinin qurudulmuş çiçəklərindən hazırlanan çaylar yuxusuzluq, gərginlik və stress kimi vəziyyətlərdə təsirli ola bilir.

Mənbə : Habertürk

Tərcümə : Samirə İsmayılova

Paylaş