
İnsanlar arasında Lotus məbədi kimi tanınan məbəd əslində dünyanın müxtəlif yerlərində tapılan Bəhai məbədlərinin sonuncusudur. Quş baxışı ilə Lotus məbədi kimi tanınan bu məbəd 1986-cı ildə tikilib və onun qapıları susmağa razı olan hər kəsə açıqdır. Məbəddə hər hansı bir səs-küy salmaq və ya meditasiya zamanı ayrılan enerjini pozacaq hər hansı bir hərəkət etmək qadağandır.
Lotus çiçəyi məşhur İran memarı Fariborz Sahbanın layihələndirdiyi məbəddən ilhamlanıb, çünki lotus çiçəyi hinduizmdə saflığı və müqəddəsliyi təmsil edir. 2500 nəfəri qəbul edə biləcək memarlıq quruluşu 105 min kvadratmetr ərazini əhatə edir. İndiyədək məbədi 70 milyondan çox insan ziyarət edib. Bu rəqəm Eyfel qülləsi və Tac Mahaldan sonra ən çox ziyarət edilən üçüncü tikili deməkdir.
Mənbə: Ceotudent.com
Tərcümə etdi: Amin Həsənli
