Bu gün:

ABŞ-da ilk dəfə olaraq bir bələdiyyə Fitr bayramını dövlət bayramı elan edib


ABŞ-ın Miçiqan ştatının bir bələdiyyəsində müsəlmanlar ilk dəfə Ramazan bayramının ilk gününü dövlət bayramı kimi keçirəcəklər.

ABŞ-ın Miçiqan ştatının Dearborn şəhərinin meri Abdullah Hammoud yerli mediaya açıqlamasında "Bir bələdiyyə ilk dəfədir ki, Ramazan bayramını elan edir və sizin inancınız digərləri kimi rəsmi olaraq tanınır. Düşünürəm ki, bu, böyük əhəmiyyət kəsb edir",- deyə qeyd edib.  

2021-ci ildə seçilən və Dearbornun ilk müsəlman bələdiyyə sədri olan Livan əsilli Hammoud deyib ki, müsəlman icması ilk dəfə olaraq özünü özünün doğulub böyüdüyü şəhərin bir hissəsi kimi hiss edəcək.

Qəbul edilən qərarla ABŞ-da ilk dəfə olaraq bir bələdiyyənin bütün işçilərinə Ramazan bayramının ilk günü ödənişli məzuniyyət haqqına sahib olarkən 21 aprel cümə günü bələdiyyə binası ilə birlikdə məhkəmə və kitabxanalar kimi rəsmi qurumların da bağlı olacağı bildirilib.

Ramazan bayramı bələdiyyədə ilk dəfə bayram əhval-ruhiyyəsində qeyd olunacaq. 

Bayramın ikinci günündə Dearborn Şurasının himayəsi ilə pulsuz Ramazan bayramı keçiriləcəyi də açıqlanıb.  

Dearborn ABŞ-da ən çox müsəlman əhalisi olan şəhər kimi tanınır və onun 110.000-ə yaxın əhalisinin təxminən yarısının ərəb mənşəli olduğu məlumdur.    

ABŞ-da hər il Fitr bayramı getdikcə daha çox qəbul edilərkən, Nyu-York və Nyu Cersi kimi müsəlman əhalisinin çox olduğu bəzi ştatlarda bayramın ilk günü məktəblər bağlanır.    

Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Baş Qərargahı da bir müddətdir bayramın ilk gününü qeyri-iş günü kimi keçirir.

Tərcümə: Aydan Qasımova

Paylaş
Şərh əlavə et