Çin mifologiyasına görə, taleyin qırmızı sapı var. Bu inanca əsasən evlilik və Ay tanrısı Yuè Xià Lao bir-birinin taleyini biləklərindən yalnız onun görə biləcəyi qırmızı sapla bağlayardı. Ayrılıqlar, başqa insanlar, yollar mane olanda bu kəndir uzanır və ya düyün olur, amma heç vaxt qopmur. Taleyiniz olan insandan qaçmağa çalışsanız belə, həyat sizi mütləq o insanla bir araya gətirərdi.

Yapon mifologiyasına görə, bu qırmızı sap tanrı tərəfindən ruh yoldaşlarının çəhrayı barmaqlarına bağlanmışdır. Yenə bu inancda ip nə olursa-olsun qopmaz və taleyi olan insanlar bir gün mütləq bir araya gələcəklər. Əslində, iki yad adam bir gün qarşılaşır və heç də yad olmadıqlarını hiss edirlər.
Bir gecə bir oğlan bir qocanın kitab və qırmızı saplarla mübarizə apardığını gördü. Qoca əlindəki kitabı yoxlayarkən daşları da qırmızı saplarla bağlayırdı. Qocanın etdikləri oğlanın diqqətini o qədər cəlb etdi ki, kişinin yanına gedib nə etdiyini soruşdu. Sualına cavab gözləyən oğlan kitaba baxdı və heç nə başa düşə bilmədi. Hətta fikirləşdi ki, mən universitetə hazırlaşan bilikli adamam, necə heç nə başa düşə bilmirəm. Evlilik və ay tanrısı olan qoca uşağın sualına olan cavabını izah etməyə başlayır. Kitabın ölümlülər üçün yazılmadığını və ona görə də uşağın heç nə anlamamasının normal olduğunu söyləyən qoca daşların dünyadakı kişi və qadınlarını təmsil etdiyini söyləyir.
Sonra kitabda yazılanlara görə gələcək həyatlarında ailə quracaq insanların taleyinin iplərlə bağlı olduğunu deyir. Eşitdiklərinə təəccüblənən oğlan qocadan gələcəkdə kiminlə evlənəcəyini soruşur. Qoca uşağı da götürüb kəndin təsərrüfatçısına gedir. Bu zaman qadının qucağındakı balaca qızı göstərir və qoca uşağa deyir ki, bu körpə 16 yaşına çatanda siz evlənəcəksiniz. Oğlanın vəziyyəti kiçik qızla müqayisədə kifayət qədər yaxşı idi. Ona görə də oğlan bu vəziyyətə əsəbləşir və qızı öldürüb daha yaxşı qızla evlənmək üçün planlar qurur.
Bir gün qızın tarlada tək işlədiyini görən oğlan daşla qıza hücum edir. Qız qan içində olarkən oğlan qorxu içində oranı tərk edir. Aradan xeyli vaxt keçir, oğlan universiteti bitirir. Bu vaxta qədər evlənmək üçün tanış olduğu qızların heç birini bəyənmədiyi halda, bir gün bir qızla tanış olur və evlənəcəyi şəxsin həmin qız olduğunu düşünür. Dərhal qızı istəməyə gedir və evlənir. Oğlan həyat yoldaşı ilə tək qaldıqları ilk gecə qızın bir qaşında bir iz olduğunu görür və bunun nə olduğunu soruşur. Qız isə balaca ikən ailəsinin kasıb olduğunu, tarlada işləyərkən bir uşağın ona hücum etdiyini və bu yaranın qaşında qaldığını deyir. Oğlan qızın dediklərinə çox təəccüblənir, çünki bu qız evlilik ilahəsinin illər əvvəl ona evlənəcəyi dediyi qız idi.
Mənbə: Onedio.com
Tərcümə etdi: Fatimə Mustafayeva
