Bu gün:

"Turistlərin diqqətini daha çox əttar çayı cəlb edir"


24Media.az-ın budəfəki qonağı ədviyyat satıcısı Məsud bəydir. Basqalın qədim tarixi küçələrindən bazar meydanına tərəf qalxdıqca kənardan kiçik görünən, amma içində sirli bir dünya olan "əttar" yerləşir. Məsud bəy satıcı olmasına baxmayaraq, həm də dekorasiya və məhsulların hazırlanma prosesində də yaxında iştirak edir. Müsahibimiz qeyd edir ki, satışda 9-a yaxın ədviyyat növü (zəncəfil, darçın, qara çörəyotu, lavanda, cirə, sarıkök) var.

Məsud bəy ən çox tələbatın darçın və sarıkökə olduğunu vurğulayır. Həmçinin deyir ki, satdığı ədviyyatların və məhsulların hər biri faydalı və xeyirlidir. Məsələn, əncir və tut qurusu çay ücün daha çox istifadə olunur, amma darçın, sarıkök, zəncəfil və s. daha çox müalicəvi məqsədlər üçün istifadə olunur. Eləcə də qiymətlərinin çox münasib 2-3 manatdan başladığını deyir.

Müsahibimiz turistlərin diqqətini çəkən əsas məhsullardan birinin əttar çayı olduğunu qeyd edir. O, sözlərinə belə davam edir: 

"Bu məhsulu özümüz hazırlayıb qutulara yığırıq. Tərkibindəki melisa çayı, qızılgül ləçəyi öskürəyin dərmanı olan gülxətmi və qaratikan çiçəyidir". 

Son olaraq Məsud bəy onu da qeyd edir ki:

“Əlavə olaraq satışda turşularımız və mürəbbələrimiz də var. Əldə etdiyimiz bütün məhsullar təbiidir. Bəzi məhsullar kənd camaatı tərəfindən əkilir və zamanı gələndə toplanaraq qurudulur, bəziləri isə meşədən yığılır. Turşu və mürəbbələrlə yanaşı gül suları və gül doşabları da var. Bu məhsullarda faydalı və çox satılan mallar sırasındadır. Gül suları gül ləçəklərindən toplanır, gül doşabından isə gül suyu qatılaşana qədər qaynadılır. Eynilə tut, keçibuynuzu doşabında olduğu kimi. Ən çox maraq doğuran qidalardan biri isə badam mürəbbəsidir. Hazırlanma prosesi qoz mürəbbəsində olduğu kimidir".

Lalə Mənəfova

Paylaş
Şərh əlavə et