Bu gün:

Uşaqlarınızın ekran vaxtını təşkil etmək üçün ən yaxşı məsləhətlər


Uşaqlarınızın cihazları kənara qoymasına və ailə mübahisələrindən qaçınmasına dair mütəxəssis məsləhətləri 

Telefonlar, planşetlər və televizorlar uşaqlarımızdan vaxt və diqqətlərini alır və bu, onların inkişafına zərər verə bilər.

 Ailə müqaviləsi qurun 

Uşaqlar qaydalar olduqda sevirlər — və onları pozsalar nəticələrinin nə olacağını dəqiq başa düşürlər. Maya Elliot 14 yaşında ilk telefonunu alanda valideynləri buna bənzər bir ailə müqaviləsi nümunəsində dəyişiklik etdilər. Maya bilirdi ki, müqaviləni pozarsa, telefon imtiyazlarını itirə bilər. 

Qaydalar arasında: “telefonunuzu yalnız ev tapşırığını yerinə yetirdikdən sonra istifadə edin”, “valideynlərinizə göstərmək istəmədiyiniz bir şey göndərməyin”  “ana və ya ata zəng edərsə həmişə zəngə cavab verin”. 

Hətta kiçik uşaqlar da ailə media planından istifadə edə bilərlər. Məsələn, yalnız həftə sonları iPad istifadə etməyə icazə verildiyini bilsələr, həftə ərzində yalvarmağa davam etmə ehtimalı azdır. Onları prosesə cəlb etməyə çalışın və hər bir ailə üzvünün iştirak etdiyini hiss etmələri üçün onlara töhfə verməyə dəvət edin. 

Cihazsız nahar 

Bütün ailə ilə birlikdə yemək yemək uşağınızın rifahını yaxşılaşdıra bilər və onlar sizin poçt qutunuza deyil, ona diqqət yetirdiyinizi qiymətləndirəcəklər.  

Guelph Ailə Sağlamlığı araşdırması, uşaqlarınızın telefonları və tabletləri müvəqqəti saxlayan bir ailə “media qutusu” yaratması halında, ekransız yeməklərdə iştirak etməyi təşviq etmək üçün faydalı olduğunu tapdı.  

Onlarla birlikdə baxın 

Calgary Universitetindən Sheri Madigan, uşaqlarla “birlikdə baxmağın” təsirini araşdırdı. O izah edir ki, sizə möhlət vermək üçün uşaqlarınızı televizor və ya planşet qarşısında oturmaq çox vaxt faydalı olsa da, bu, onların öyrənməsinə kömək etmir.  

Onun araşdırması göstərir ki, onlarla birlikdə baxmaq və ekranda baş verənləri müzakirə etmək üçün vaxt ayırsanız, bu, onların dil bacarıqlarını daha yaxşı inkişaf etdirməsinə kömək edə bilər 

Digər fəaliyyətləri təşviq edin 

Uşaqlarınızın nəyi etməyi sevdiyini öyrənin ki, onları ekrandan kənar fəaliyyətlərə yönəldə biləsiniz.  

Cihazlardan istifadə  vaxtını mükafat və ya cəza kimi istifadə etməyin 

Bu, tez-tez sehir kimi işləyir: saysız-hesabsız “otağınızı təmizləmək” istəkləri nəzərə alınmadıqdan sonra əlavə yarım saatlıq ekran vaxtı vəd edirsiniz və birdən-birə hirsli yeniyetməniz otaqlarını qüsursuz bir nizama salır. 

Nümunə olun və telefonunuzu uzaqlaşdırın 

Tədqiqatlar göstərir ki, uşaqlar valideynlərinin davranışlarını təqlid edirlər və onları pozduğunuzu görsələr, bu onların da qaydalara riayət etmə ehtimalını azaldır.  

Mənbə: CBC 

Tərcümə: Aysu Əsədova 

Paylaş
Şərh əlavə et