Bu gün:

Hazır qidalar qidalanma üçün niyə zərərlidir?


Hazır qidaların zərərli olmasının 9 səbəbi.

Hazır qidalar bunlara yol aça bilər:

Ürək xəstəliyi riski

Zərərli qidalar yemək ürək xəstəliyi riskini artıra bilər. Qanda xolestrol səviyyəsi zərərli qidalar səbəbindən yüksəlir. Bundan əlavə, bu qidalardakı artıq kalori səbəbindən kilo alma şansınız artır və bu da ürək xəstəliyi riski yaradır.

Hipertoniya

Hazır qida qan təzyiqini artıra bilər. Bu qidalarda olan artıq duz səbəbindən qan təzyiqiniz yüksəlir. Artıq yağ, şəkər, təmizlənmiş un və tərkibindəki kalorilər səbəbindən piylənmə və diabet riskinin artması da qan təzyiqinizə mənfi təsir göstərir.

Diabet

Zərərli qidalar diabetə səbəb ola bilər. Sağlam bir pəhriz ilə qan şəkərinin səviyyəsi çox dəyişmir. Bununla birlikdə, lazımsız qidalardakı artıq şəkər və təmizlənmiş un səbəbiylə qan şəkərinin tənzimlənməsi pozulur və bu da bir müddət sonra diabetə səbəb ola bilər.

Xərçəng

Zərərli qidalar yemək xərçəng  riskinizi artıra bilər. Bu qidaların həddindən artıq istehlakının bir çox xərçəng növünün, xüsusən mədə, bağırsaq, prostat, döş və qaraciyər xərçənglərinin inkişaf şansını artırdığını göstərən bir çox araşdırmalar var.

Qaraciyər

Zərərli qidalar qaraciyərə zərər verə bilər. Bu qidalardakı trans yağların və şəkərin çox olması qaraciyərin yağlanmasına səbəb ola bilər və qaraciyər sirozuna səbəb olan problemlərə gətirib çıxara bilər.

Mədə-bağırsaq sistemi

Qeyri-sağlam yemək mədə narahatlığına səbəb ola bilər. Zərərli qidaların əksəriyyəti qızardılmış və çox ədviyyatlı olduğundan, xüsusilə reflü və ya funksional bağırsaq xəstəliyi olan insanlarda şikayətləri artırır. Bundan əlavə, lazımsız qidalar lif baxımından zəif olduğundan qəbizliyin səbəbi də ola bilər.

Beyin funksiyaları

Bu növ qida beyninizin işinə təsir göstərə bilər. Tədqiqatlar bir həftə ərzində lazımsız qidalarla qidalanan siçovullarda yaddaşın azaldığını göstərdi. Bunun səbəbi lazımsız qidalarda bol olan trans yağlardır.

Yorğunluq

Zərərli qidalar yorğunluğun əsas səbəbi ola bilər. Zərərli qidalar sizi tox hiss etdirsə də, qidalanma təmin edən qida maddələrindən azaddır. Beləliklə, əsasən, zərərli qidalar yeyən və sağlam qidalanma təmin edə bilməyən insanlarda bu vəziyyət xroniki yorğunluğa səbəb ola bilər. Bəlkə də, buna görə əlinizi belə qaldıra bilməzsiniz.

Depressiya

Sağlam olmayan pəhriz gənc yeniyetmələrdə depressiyaya səbəb ola bilər. Yeniyetmələrdə baş verən bir çox hormonal dəyişikliklər onları emosional və davranış dəyişikliklərinə  qarşı həssas edir. Sağlam bir pəhriz hormonal tarazlığı qorumaq üçün uzun bir yoldur. Zərərli qidalarda lazımi qida çatışmazlığı olduğundan, gənc yeniyetmələrdə depressiya ehtimalı iki dəfədən çox artır.

Bütün bu səbəblərə görə zərərli qidalardan çəkinmək və mümkün qədər az istehlak etmək yaxşıdır. Sağlam həyatın əsas şərtlərindən biri sağlam qidalanmadır. Digər tərəfdən, sağlam qidalanmağın ən asan yolu evdə yemək bişirməkdir.

Mənbə: Nevrez Kolyan

Tərcümə etdi: Aysu Əsədova 


Paylaş
Şərh əlavə et