Çobanyastığı əsrlər boyu mədəniyyətimizdə mövcud olan və bir çox ədəbi-kino kainatlarına daxil olan, beləliklə də nüfuzunu itirmədən günümüzə qədər gəlib çatan xüsusi bir çiçək növüdür. Sevdiyimiz, bəyənmədiyimiz ifadəsi ilə serial və filmlərdə çobanyastığı görməyə öyrəşsək də, çobanyastığın başqa mənaları da var.
Bizi bir çox cəhətlərdən ruhən təsi edən və buna uyğun mənalar daşıyan çobanyastığı çiçəyinin rəngindən rənginə qədər fərqli mənaları ola bilər. Bəs çobanyastığı çiçəyinin mənası nədir?

Bəzi çiçəklər təkcə, ümumi məna daşımır, həm də rənginə görə məna kəsb edir və ya mənasını dəyişir. Ağ çobanyastığı saflığı və məsumluğu, sarı çobanyastığı isə səmimiyyəti və dostluğu simvollaşdırır. Çobanyastığı sevgini ifadə etməyin ən yaxşı yollarından biridir. Çobanyastığı baharı təmsil edir və hədiyyə olaraq verildikdə çox gözəl daxili rahatlıq bəxş edə bilər.
Çiçəklərin universal bir dili var. Hədiyyə olaraq güllərdən istifadə qəlbimizdə bəzən qarşı tərəfə ifadə edə bilmədiyimiz hissləri çatdırmaq üsuludur. Çobanyastığı çiçəyi mənalı bir hədiyyədir və söylənilməsi istənən, lakin söylənilə bilməyən hissləri çatdırmaq üçün istifadə olunur. Analar günü, ad günləri və sevgililər günündə çobanyastığı hədiyyə edə bilərsiniz.
Çobanyastığı çiçəyi sevgilinizdən və ya bəyəndiyiniz birindən gəlirsə, bu, sevgi elanı mənasını verə bilər. Verildiyi tarix önəmlidir. Görüş günü, ildönümü, sevgililər günü və ya ad günündə qarşı tərəfə sevgi mesajını güclü şəkildə çatdıracaq. Buket şəkildə verilən çobanyastığı çiçəyi, münasibətin məsumluğunu qarşı tərəfə çatdırmaq üçün yaxşı bir yoldur. Çobanyastığı çiçəklərinin hədiyyə kimi verilmə üsulu çox məşhurdur. Çünki çobanyastığı təmiz qəlbi simvollaşdırır.
Mənbə: Sabah
Tərcümə etdi: Fatimə Mustafayeva
