
Guggenheim Bilbao Muzeyi Frank Gehry ilə eyniləşdirilən müasir memarlıq və dekonstruksiya memarlığının qabaqcıl dizaynlarından biridir. Memarlıq tikililərimiz siyahısındakı ən qəribə girişlərdən biri olan Guggenheim; Titan, şüşə və əhəngdaşı ilə istehsal edilən meylli səthlər binanın memarlıq kimliyini təşkil edir. Əyri titan səthlər kompüter mühitində hazırlanmış və tətbiq edilmişdir. Muzey çayın sahilində 32500 kvadratmetr sahədə tikilib. Gəzinti yoluna da mane olan bu tikili turistlərin və yerli əhalinin üz tutduğu məkana çevrilməyi bacarıb.
Guggenheim Bilbao Muzeyi 11.000 kvadratmetrlik sərgi sahəsinə malikdir və 19 qalereyadan ibarətdir. Göz oxşayan dizaynı ilə çayın kənarında yerləşən bu memarlıq quruluşu ildə bir milyondan çox ziyarətçi qəbul edir.
Mənbə: Ceotudent.com
Tərcümə etdi: Amin Həsənli
