Bu gün:

Rəqs edən bina


Praqa şəhərinin mərkəzində Frank Gehry tərəfindən dizayn edilən bina 1992-1996-cı illərdə tamamlandı. Rəqs Evi 1930-cu illərdə Hollivudun məşhur rəqs cütlüyü Fred Astaire və Ginger Rogersə bənzədiyi üçün postmodern memarlıq strukturları arasında mühüm yer tutur. Rəqs Evi iki bədəndən ibarətdir. Birinci gövdə maili sütunlarla dəstəklənən şüşə qüllə görünüşünə malikdir. İkinci gövdə çaya paralel uzanan dalğavari quruluşa malikdir.

Sütunların bu dalğavari forması və pəncərələrin asimmetrik düzülüşü binaya müəyyən hərəkət hissi verir. Çaya və onun qarşısındakı meydançaya birbaşa bağlı olan binanın birinci mərtəbəsində kafelər var. Ofislər binanın ikinci mərtəbəsindən yeddinci mərtəbəsinə qədər yerləşir. Üst mərtəbədə panoramik şəhər mənzərəsi olan restoran var. Bina o qədər müasir görkəmə malikdir ki, özünü Praqada deyil, Nyu Yorkda hiss edirsən.

Mənbə: Ceotudent.com

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et