Bu gün:

Müqəddəs Mark Bazilikası


12 həvaridən biri olan San Markonun sümüklərini qorumaq üçün tikildiyi gündən bəri şəhərin ən əhəmiyyətli kilsəsi olmağa davam edən Müqəddəs Mark Bazilikası bir İtalyan kilsəsindən çox İstanbuldakı kilsələri xatırladır. Bazilika İstanbuldakı Müqəddəs Həvarilər Kilsəsinin maketi üzərində inşa edilib. Düşünə bilərsiniz ki, bu gün belə kilsə yoxdur.

İstanbulun fəthindən sonra məscidə - Fatih məscidinə çevrildi. Məşhur Müqəddəs Mark Bazilikası əvvəllər kilsə olan Fatih məscidinin təkrarıdır. 1094-cü ildə tikintisi başa çatan bina yunan xaçı şəklində tikilib. Ancaq bu, yalnız binanın içərisində diqqət çəkən bir detaldır. Bazilika beş günbəzdən ibarətdir. Günbəzin üzərində zərli Bizans mozaikaları var. Bazilikanın içərisində muzeylər, qızıl heykəllər və şüşə işləri var. Kilsənin girişindəki dörd atlı heykəli “qiyamətin dörd atlısını” təsvir edir. Xristianlığa əsaslanan memarlıq quruluşları arasında, şübhəsiz ki, San Markonun çox mühüm yeri var.

Mənbə: Ceotudent.com

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et