Bu gün:

"Narnia səlnamələri" filmləri


Narnia Salnamələri filmi həm atmosfer, həm də hekayə baxımından çox məşhur filmdir. Lucy Prevensie, Peter Pevensie, Edmund Pevensie, White Witch, Mister. Tumnus və Aslan kimi personajların yer aldığı bu film eyniadlı kitabların uyğunlaşdırılmasıdır.

Təbii ki, Narniya Salnamələrinin hər bir adaptasiyası böyük ekranda ilk dəfə çıxanda müəyyən tənqidlərə məruz qalmışdı, lakin o vaxtdan bəri öz populyarlığını bütün dünyaya yaydı.

Narniya Salnamələrinin ən gözəl tərəfi, şübhəsiz ki, tamaşaçılara təqdim olunan dünyadır. Elə gözəl bir atmosfer yaradılıb ki, filmin elə ilk dəqiqəsində yaranan atmosfere qərq olursan.

Filmdə 4 uşaq mifoloji varlıqlarla, şahzadələrlə, sirli şkaflar və cadugərlərlə qarşılaşaraq filmin dünyasında sehrli səyahətə çıxırlar. Bu 4 uşağın oxunda hadisələr bir-bir inkişaf edir və Narniya macəramız başlayır.

Düşünürəm ki, Aslan uşaqlardan başqa ən çox sevilən obrazdır desək, yanılmarıq. Müdrik, cəsur və tam bir lider. Vizual effekt kimi yaradılsa da, filmə baxarkən heç vaxt təəccüblənməyəcəyinizə zəmanət verə bilərəm. Onun hərəkətləri və sözləri əksər personajlardan daha real olaraq qalır.

Əslində ilk dəfə 1979-cu ildə televiziya filmi olaraq yayımlanan serialın ardınca 1988, 1989 və 1990-cı illərdə hər biri 171 dəqiqəlik, digər ikisi isə 30 dəqiqəlik trilogiya çəkildi.

2005-ci ildə əsərin ilk filmi böyük ekranda öz yerini tutdu. Mifoloji varlıqlarla bir-bir mübarizə aparan əsas personajlarımız kino dünyasına sürətli giriş etməklə hər kəsi valeh edirdi. 2008-ci ildə birinci film olan "Şir, cadugər və qarderob" filmindən sonra "Şahzadə Kaspi" filmi ekranlara çıxdı və ikinci filmlə tamaşaçılar böyük, kiçik demədən kinoteatr kreslolarına qapandılar. Filmin vizual dizaynı o qədər valehedici idi ki, kinodan çıxanda real dünyanın cansıxıcılığı hətta sizi bədbəxt edə bilər. Qütb ayıları, ikiayaqlı öküzlər, Buz Cadugərləri və Şirlər, filmin necə getdiyinin fərqinə varmadınız. 2010-cu ildə vizyonda yerini üçüncü film olan "Şəfəq Atıcısının Səyahəti" aldı, bu dəfə gözləntiləri doğrultmasa da, film artıq öz pərəstişkarlarını qazanmışdı. İndi serial yenidən sıfırdan çəkilir, söz hamının qulağındadır.

Mənbə: Ceotudent.com

Tərcümə etdi: Amin Həsənli



Paylaş
Şərh əlavə et