Bu gün:

Saçlarınızın sağlam olmasını istəyirsinizsə, bu vitaminlərdən istifadə edin


Saçlarımız vücudumuzun ümumi sağlamlığına ən həssas orqanlardan biridir. Ümumi sağlamlığımızdakı dəyişikliklər və qeyri-adi stresslər saçlarımızın böyümə dövrünü asanlıqla dəyişə, xəstəliklər, düzgün qidalanmamaq isə saçlarımızın tökülməsini artıra bilər. Yaxşı və sağlam qidalanmanın saçlar üçün çox vacib olduğunu ifadə edən trixoloqist və saç elmi mütəxəssisi Serap Öztürk Niya sizə qidalanma və saç sağlamlığı haqqında danışdı.


Qidalanma saş sağlamlığına necə təsir edir?


Yaxşı, sağlam qidalanma saçımız və bədənimiz üçün çox faydalıdır, nizamlı qidalanma vacibdir, lakin pəhrizimiz balanslı olmalı və zülal, vitamin, mineral, karbohidratlardan ibarət olmalıdır. Karbohidratlar bədənimiz üçün lazım olan enerjini istehsal edir. Pəhrizinizdə şəkər və yağları kəssəniz, karbohidratlar vacib olur. Rafinə edilməmiş sağlam karbohidratlar faydalıdır. pəhriziniz; içində ağ ət, toyuq və ya balıq, qırmızı ət, tərəvəz, meyvə və salatlar olmalıdır.

Qida dəyişiklikləri saç tökülməsinə səbəb ola bilər

Qidalanmamız ,təbii ki, saç sağlamlığımıza təsir edir, hətta saç tökülməsinin səbəbləri arasında qidalanma da mühüm yer tutur. Bu vəziyyəti qeyri-kafi qidalanma, çox aşağı kalorili qidalanma və sürətli kilo itkisinə səbəb olan şok diyetləri ehtiva edən qidalanma olaraq təyin edə bilərik. 

Həddindən artıq və sürətli arıqlama pəhrizləri bədənimizin maddələr mübadiləsini dəyişdirdiyi üçün saç tökülməsinə səbəb olur. Bundan əlavə, anoreksiya nervoza və bulimiya nervoza kimi qidalanma xəstəlikləri də saç tökülməsinə səbəb olur və saç tökülməsi bu xəstəliklərin əlaməti hesab olunur. 

Hər iki xəstəliyin irəliləmə mərhələsində üzdə və bədəndə tüklər əmələ gəlir.

Saç sağlamlığına müsbət təsir edən qidalar hansılardır?

Proteinlə zəngin qidalar; Yumurta, ət, balıq, tərəvəz və sağlam taxıllar, paxlalılar və meyvələrdən ibarət pəhriz saç üçün faydalıdır.

Bəs vitamin əlaqələri qəbul etməliyik?


Vegetarian və ya vegan pəhrizinə üstünlük verən insanlar saçlarının sağlamlığı üçün həkimlərinin tövsiyə etdiyi qida əlavələrini qəbul etməlidirlər. Fol turşusu, B12, vitamin D, sink, biotin, dəmir, vitamin B5, niasin saç sağlamlığımız üçün faydalıdır. 

Saç orqanizm üçün həyati orqan olmadığından və saç tökülməsindən heç kim ölmədiyindən, əskik qidaları, əskik zülalları, əskik amin turşuları qəbul etdikdə bədənimiz ilk tüklərdən imtina edəcək. 

Pəhrizimiz yaxşı, yuxumuz yaxşı, qan dəyərlərimiz yaxşıdırsa və hələ də saç tökülməmiz varsa, hormon dəyərlərimizi həkimə göstərməliyik. Hormon dəyərlərimiz normaldırsa, bir mütəxəssisdən kömək istəməyin vaxtıdır. Trixologiya elm sahəsi saç tökülməsi və baş dərisi ilə bağlı problemlərə vahid yanaşma ilə həll təklif edir, saç tökülməsinə qarşı trixoloji həllərdən dəstək ala bilərik.


Mənbə: CNN TÜRK


Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et