Bu gün:

Ən yaxşı xarici romantik filmlər


Yalnız qadınların deyil, kişilərin də böyük maraq göstərdiyi romantik filmlər sevginin həyatın ən dəyərli hisslərindən biri olduğunu göstərir və göstərməyə də davam edəcək.

1-Sil baştan (2004) IMDb 8.4

21-ci əsrə uyğun real və güclü sevgi filmi axtaranlar üçün ideal bir seçimdir. Bir insanı ağlınızdan tamamilə silməyə çalışdığınız zaman inkişaf edən fərqli bir sevgi hekayəsinə şahid olmaq istəyirsinizsə, bu filmi qaçırmayın. Fərqli süjeti və ssenarisi ilə alternativ sevgi hekayələri ilə maraqlananları cəlb edir.

2-Titanik (1997) IMDb 7.7

Sevgi haqqında şah əsərlərdən biridir. Cek və Rouzun Titanik gəmisində çıxdıqları səyahət, əslində, ölməz sevgi səyahətidir. Möhtəşəm musiqisi, hekayəsi və aktyor oyunu ilə əfsanəyə çevrilən film sevginin nə qədər güclü və sarsıdıcı olduğunu ürəklərə bir daha hiss etdirir. Romantik və dramatik səhnələrlə 3 saat 30 dəqiqə keçir.

3-Gün doğmadan (1995) IMDb 8

Baş rollarda Ethan Hawke və Julie Delpy-nin oynadığı, 20 yaşlı Cessi və Selinin ürəyə toxunan sevgi hekayəsi filmi xüsusi edir. Qatarda iki yad kişi arasında başlayan sevgi bu gün yüksək IMDb balı ilə maraq doğurur.

4-Not defteri (2004) IMDb 7.9

Gözəl bir sevgi hekayəsini əks etdirən ən yaxşı romantik filmlərdən biridir. Tamaşaçının dönə-dönə baxdığı bu film unudulmaz sevgi səhnələri işığında varlı bir ailənin qızı ilə kasıb bir gəncin sevgisini əks etdirir. Rachel Mcadams və Ryan Gosling-in möhtəşəm çıxışları illər keçsə də, hələ də böyük maraq doğurur.

5-Remember Me (2010) IMDb 7.1

Həyatlarını çətinliklərlə mübarizə apararaq keçirən iki gəncin sevgi və sədaqət anlayışları ilə iç-içə olan hekayələri izlənilməsi lazım olan filmlərdir. Alacakaranlık serialının məşhur ulduzu Robert Pattinson baş rolları Emilie de Ravinlə bölüşür.

Mənbə: CNN Türk 

Tərcümə etdi: Mənəfova Lalə

Paylaş
Şərh əlavə et