
Su həyatımızın ayrılmaz tərkib hissəsidir. Bədənimizdə 75% suyun olmasını nəzərə alsaq, bol maye qəbulu çox önəmlidir. Alimlər sizlərə su içmək üçün 7 uyğun vaxtı təqdim edir:
Aclıq hiss edəndə
İnsanların çoxu ac olduqlarını düşünsələr də, əslində, susamış ola biləcəklərini bilmirlər. Beyin bu siqnalların eyni olduğunu düşünür. Odur ki, ac olduğunuzu düşündüyünüz zaman əvvəlcə bir stəkan su için, ardından yemək istəyib-istəmədiyinizi müəyyən etmək üçün bir-iki dəqiqə gözləyin.
Yuxudan oyananda
Bədəniniz bütün gecə boyunca "oruc tutur", ona görə də səhər oyanan kimi bir stəkan su içmək çox faydalıdır. Hətta sadə və sürətli bir başlanğıc üçün antioksidanların, C vitamini və kalsiumun sağlam şəkildə artması üçün səhər suyunuza yarım limon sıxa bilərsiniz.
Tərləyərkən
Sizi tərlədən hər şey bədəninizin susuzlaşmasına səbəb olur. Əzələləriniz isindikcə bədən istiliyi dağıtmaq üçün tərləyir. Bol su içmək bədəninizin soyumasına imkan verir.
Xəstə olan zaman
Su qəbulu xəstə olduqda sağalmanın açarıdır. İshal, qusma və qızdırma kimi simptomlar həddindən artıq susuzluğa səbəb ola bilər. Xəstəliyin ilk əlamətlərində, xüsusən də, ac deyilsinizsə, bol su için. Alkoqol və kofeinli içkilərdən çəkinin.
Gün ərzində enerjiniz bitəndə
Günortadan sonra enerjiniz düşməyə başlayanda bir stəkan su için. Əhvalınıza, enerjinizə və yaddaşınıza birbaşa və müsbət təsir göstərir.
Başınız ağrıyanda
Baş ağrısının ən əhəmiyyətli səbəblərindən biri susuzluqdur. Həmişə əlinizdə bir su şüşəsi saxlayın,xüsusən də miqrenlərə meyillisinizsə,su içməyinizə nəzarət edin. Ağrının gəldiyini hiss edirsinizsə, bir stəkan su gününüzü xilas edə bilər.
Yeməkdən əvvəl
Yeməkdən əvvəl bir stəkan su içmək tox hiss etmənizə və həddindən artıq yeməyin qarşısını almağa kömək edəcək. Həqiqətən, kiçik bir araşdırma, yeməkdən əvvəl su içməyin kişilərə və qadınlara daha az yemək yeməsinə, eyni zamanda, tox hiss etməsinə kömək etdiyini göstərdi. Tədqiqatçılar bununla bağlı öz nəticələrini 2018-ci ilin oktyabrında Clinical Nutrition Research jurnalında dərc ediblər.
Mənbə: Haber Türk
Tərcümə edən: Gülsər Qədirli
